Mədəniyyət

Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq - FOTO

11 Avqust 2017 14:40
0 Şərh     Baxış: 1 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzi ərazisində, Seçovıx Strelçov küçəsində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb. Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi bununla əlaqədar qərar çıxarıb.

Parkda Müslüm Maqomayevin 6 metrdən artıq hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanovdur.

Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.

Kiyevdə bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.