Mədəniyyət

Azərbaycan filmi İranda keçiriləcək festivala təqdim olunur

12 Aprel 2011 14:47
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, Azərbaycanı festivalda "Lahıc" qısametrajlı sənədli-etnoqrafik filmi təmsil edəcək. Filmin rejissoru Mehriban Ələkbərzadə bildirib ki, festivalda iştirak təklifi bir müddət öncə tədbirin beynəlxalq əlaqələr üzrə direktoru Muhammad Xazai Əmir İsfəndiyari tərəfindən gəlib.
I Kiş Beynəlxalq Film Festivalı, Azad və Xüsusi İqtisadi Zonalar Mərkəzi və İranın Film və Audiovizual İşlər Bürosu və Mədəniyət və İslam Maarifləndirilməsi Nazirliyi tərəfindən təşkil edilib. Beynəlxalq miqyaslı festivalın ilk dəfə keçirilməsinə baxmayaraq, onun ümumi mükafat fondu 70 min avrodur. Bu isə dünyaca məhşur kinofestivalların ümumi mükafat fondundan dəfələrlə çoxdur.

Ölkəmizi təmsil edəcək "Lahic" sənədli-etnoqrafik filminin mövzusuna gəlincə, o, dinlərin qovuşduğu və tolerantlığı ilə nümunə olan Lahıc bölgəsinin tarixindən bəhs edir. "Lahıc əhalisi vaxtilə Cənubi Azərbaycan ərazisindən köçürülərək Şimali Azərbaycanda məskunlaşanlaşdırılmış insanlardan ibarətdir. İlk məskunlaşma zamanından etibarən dinini, dilini və adətlərini qoruyub saxlamış tayfa bu gün dəyişmiş olsa da, ənənəsini davam etdirir, müxtəlif inanclara məxsus insanlar bu gün millət və xalqla birgə, bir ailə olaraq yaşayır", - deyə M.Ələkbərzadə bildiirb. O, qısametrajlı ekran əsərinin uğur qarşılanacağına ümid edir.

S. Babayeva
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.