Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimov - 70 il
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 27-də, saat 19:00-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.
Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.
Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinooperator və kinorejissor V.Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olub. O, professional kinooperator kimi 30-a qədər film çəkib. V.Kərimov çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib, ələlxüsus xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışıb.
V.Kərimov bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləyib, 60-cı illərin sonunda Moskvaya gedərək ÜDKİ-nin kinooperatorluq fakültəsinə daxil olub.
Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi "Çarvadarların izi ilə" bədii televiziya filmidir. Elə həmin il operator "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı lentə alıb: "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi". Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər var: "Alma almaya bənzər", "Yuxu", "De ki, məni sevirsən", "Qaladan tapılan mücrü", "Arxadan vurulan zərbə", "Qorxma, mən səninləyəm", "Qızıl uçurum", "Yarımçıq qalmış mahnı", "Ailə", "Sizi dünyalar qədər sevirdim","Bir ailəlik bağ evi", "Ötən ilin son gecəsi", "Sürəyya" və s.
Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi A.Quliyev "Sizi dünyalar qədər sevirdim" filmi ilə bağlı demişdi: "Filmin yaradıcıları Belarusda, qarlı çöllərdə, çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Bunlar heç bir kadrda butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir..."
V.Kərimov son vaxtlar özünü rejissorluq sahəsində də sınamış və "Həmyerli" bədii filminə quruluş vermişdi. Azərbaycanın Kinematoqrafçılar İttifaqının katibi olan V.Kərimov bu sahədə də səmərəli iş aparıb.
Bu gün 70 yaşını qeyd etdiyimiz istedadlı operator və rejissor V.Kərimov sənət aləmində öz imzasını qoymuş sənətkarlarımızdandır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
XƏBƏR LENTİ
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Kremlin NATO planı açıqlandı: Böyük müharibəyə ehtiyac yoxdur
-
Şəhid oğlundan ABŞ-də böyük uğur - “Eynşteyn vizası” aldı - (Foto)
-
Mərkəzi Bank faiz qərarını açıqladı
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
"Kurtlar vadisi"nin aktyorunun yeni serialı bəlli oldu - (Foto)





