Cəmiyyət

Azərbaycanla bu ölkə arasında viza ləğv edilir

23 Sentyabr 2026 12:44
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan və Kolumbiya arasında ümumvətəndaş pasport sahibləri üçün vizadan qarşılıqlı azad olunma haqqında saziş imzalanıb.

Milli.Az xəbər verir ki, bu barədə Kolumbiyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, saziş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun kolumbiyalı həmkarı Omar Bula tərəfindən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində görüş zamanı imzalanıb.

"Bu saziş xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və müxtəlif sahələrdə mübadilələrin inkişafı üçün yeni imkanların yaranmasəna töhfə verəcək", - səfirliyin məlumatında qeyd edilib.

Əlavə edilib ki, saziş pasport nümunələrinin və müvafiq nota verballarının qarşılıqlı mübadiləsi həyata keçirildikdən sonra qüvvəyə minəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.