Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlmələrə sığışan hekayələr - FOTOSESSİYA
7 May 2015 21:37
0 Şərh
Baxış: 3 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir neçə il ərzində Azərbaycanda, əsasən də paytaxt Bakıda yüzlərlə yeni bina inşa edilib. Müasir standartlara cavab verən, maraqlı dizaynlara malik tikililər onların sırasında ən çox diqqəti çəkənləridir.
Belə fərqli quruluşa malik binalardan biri də Azərbaycan Xalça Muzeyidir. Binanın xarici görünüşü çox fərqlidir. Kənardan diqqətlə baxdıqda, bükülmüş xalça formasını özündə əks etdirən bu muzeydə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə məxsus xalçalar sərgilənir.
Hazırda muzeyin sərgi və fondlarında 15 minə yaxın eksponat və əşya saxlanılır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiyalar mühafizə olunur.
Bina Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifariş əsasında Avstriyanın "Hofmann-Janz ZT-GmbH" və Azərbaycanın "AİKON CPİT" MMC şirkətləri tərəfindən tikilib. Memar isə avstriyalı Franz Janzdır.
Bəlkə də çoxlarınız bu muzeydə olmayıbsınız. Amma narahat olmayın. Musavat.com saytı olaraq, sizləri Xalça Muzeyi ilə yaxından tanış edəcəyik.
Muzeyə daxil oluruq və özümüzü təqdim edirik. Bundan sonra muzey əməkdaşlarından biri olan Aida Bəşirova adlı xanım bizə bələdçilik edir və muzey haqqında məlumat verməyə başlayır.
Amma ilk olaraq, muzeyin birinci mərtəbəsindəki sərgi diqqətimizi çəkir və oraya yaxınlaşırıq. Öyrənirik ki, buradakı əl işlərinin sahibləri fiziki məhdudiyyətli şəxslərdir. Muzeydə "İstedadlı Əlillər" İctimai Birliyinin təşkil etdiyi I, II və III qrup əlillərinin əl işlərindən ibarət satış sərgisi keçirilir. Onlar sərf etdikləri əməklərini maddi rifahlarını yaxşılaşdırmaq üçün satışa çıxarıblar. Sərgidə 24 müəllifin əl işi yer alır. Aybəniz Nəsirova, Səfura Dadaşova, Məsləhət Tufanlı, Vüsal Salmanov, Əli İsgəndərli və digərləri həmin müəlliflərin sırasında yer alırlar.
Burada olarkən daha bir maraqlı məlumat əldə etdik. Xalça Muzeyində fiziki məhdudiyyətli Əhməd Heydərov adlı şəxs də çalışır. Muzeyin əlilliyi olan şəxslərə yardım göstərməsi çox müsbət haldır.
Sərgidən ayrılırıq və muzeyi gəzməkdə davam edirik. Birinci mərtəbədə satış mərkəzi yerləşir. Burada müxtəlif növ əl işləri və tarixi arqamentləri özündə əks etdirən suvenirlər satılır. Bu mərtəbədə həmçinin sərgi salonu və qonaqlara xidmət göstərən kitabxana da var.
Qalxırıq, ikinci mərtəbəyə... Bu mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələr haqqında məlumatlar öz əksini tapıb. Burada xalçalar çox maraqlı formada binanın ovalvari divarına yerləşdirilib.
Xanım bələdçimiz xalçalar və toxuculuqda istifadə edilmiş tarixi alətlərlə bağlı geniş məlumatlar verir. Bu mərtəbədə yun qırxımı, onun yuyulması və daranması, ipliyin alınması və boyanması kimi bilavasitə xalça istehsalından öncə gələn tarixi mərhələlər ardıcıl şəkildə təqdim etdirilir.
Azərbaycan xalça məktəblərinin nümunələrini əhatə edən üçüncü mərtəbədə, Xalça Muzeyinin yaradıcısı, xalq rəssamı Lətif Kərimovun xalçası və büstü də nümayiş etdirilir. Burada da müxtəlif xalçaçılıq məktəblərinə aid xalçalar təqdim olunmaqdadır.
Qeyd edək ki, muzeyin bütün mərtəbələrində nəzarətçi xanımlar var. Onlar eksponatlara heç kəsin toxunmamasına nəzarət edirlər.
Müasir xalçaların təqdim edildiyi muzeyin dördüncü mərtəbəsindəki ekspozisiyada Azərbaycan xalça sənətinin XX yüzillikdə keçdiyi inkişaf yolu, həmin dövrdə fəaliyyət göstərən müxtəlif qurumlar haqqında məlumat verilir.
Burada həmçinin, muzeyin Şuşa filialının sənət nümunələri haqqında da ətraflı məlumatlar öz əksini tapıb. Yeganə olaraq, Şuşa muzeyindən bütün eksponatlar çıxarılıb və hazırda bu muzeydə nümayiş olunur. Muzeydə eyni zamanda Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur "Şeyx Səfi" xalçasının surəti də var.
Muzeydə dolaşdığımız zaman öyrənirik ki, buraya tez-tez turistlər gəlir. Və xalçalara böyük maraq göstərirlər. Üç dil bilən bələdçilər də onları müşayiət edirlər. Təbii ki, bütün bunlar pulsuz deyil.
Muzeyi tam şəkildə dolaşmaq üçün uşaqlar və tələbələr 3 manat, böyüklər isə 7 manat ödəməlidirlər. Əgər muzeyin ziyarətçisi bələdçi də istəyərsə, bunun üçün əlavə olaraq, böyüklər 8 manat, uşaqlar və tələbələr 3 manat ödəməli olacaqlar.
Qeyd edək ki, ödəniş bir ekskursiya üçün nəzərdə tutulur. Yəni 10 nəfər qrup şəklində muzeydə ekskursiya edərlərsə, onlar ümumilikdə 7 manat ödəyirlər (onları bələdçi də müşayiət edərsə, əlavə 8 manat).
Bunlardan əlavə olaraq, hər ayın sonuncu həftəsinin şənbə günü "Açıq qapı" aksiyası keçirilir. Bu günlərdə heç bir ödəniş tələb olunmur. Həmin gün istənilən şəxs muzeyi pulsuz şəkildə ziyarət edə bilər.
"Açıq qapı" aksiyasının keçirilmə səbəbi, maddi imkanı zəif olan şəxslərin də muzeyi ziyarət edə bilməsinə şərait yaratmaqdır.
Muzey həftənin bazarertəsi günləri istisna olmaqla, hər gün səhər saat 8:00-dan, axşam saat 21:00-a qədər fəaliyyət göstərir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
İçərişəhərdəki Qoşa Qalada açıq hava məkanında Shahin Novrasli Festival açıldı - FOTO
-
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
-
Akademik Milli Dram Teatrı teatr mövsümünə yekun vurub (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində ənənəvi "Muğamat axşamı" layihəsinin 2025–2026-cı il mövsümünün yekun konserti keçirilib - (Foto)
-
İçərişəhərdəki Şirvanşahlar Sarayında Şahin Növrəsli Festivalının mətbuat konfransı keçirildi - (Foto)
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı olub (Foto)
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi