Tədbirin mötəbər qonaqları arasında Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin və təşkilatın digər üzv ölkələrinin mədəniyyət nazirləri var idi.
Finala çıxmaq uğrunda milli seçim turların qalibləri olan 25 müğənni mübarizə aparırdı. Finala 15 iştirakçı vəsiqə qazana bildi: Tatarıstan, Türkiyə, Qazaxıstan, Başkırdıstan, Moskva, Özbəkistan, Qırğızıstan, Makedoniya, İran, Krım, Bosniya, Bolqarıstan, Yakutiya, Azərbaycan və Türkmənistan təmsilçiləri.
"Turkvision-2014" müsabiqəsinin qalibi finalda 225 səs toplayan Qazaxıstanı təmsil edən müğənni Janar Duqalova oldu (https://www.yout
Müsabiqədə ikinci yeri 201 səs toplayan tatarstanlı ifaçı Aydar Süleyman tutdu. Başkırdıstanı təmsil edən "ZAMAN " adlı etno-şou-layihəs
Sözügedən müsabiqədə Azərbaycanı "Divlərin yalnızlığı" mahnısı ilə "Azərbaycanın səsi" layihəsinin qalibi Elvin Ordubadlı təmsil edirdi. Qeyd etmək lazımdır ki, "Divlərin yalnızlığı" mahnısını Türkiyədən Ayşə Birgül Yılmaz və Azərbaycanın əməkdar artisti Elza Seyidcahan yazmışdı. Elvin Ordubadlı müsabiqədə doqquzuncu yeri tutdu.
Müsabiqənin qalibini və bütün iştirakçıları Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Türkmənistanın Mədəniyyət naziri Annageldı Qaracayev təbrik etdilər.
Qeyd etmək lazımdır ki, Türk dünyasının beynəlxalq "Turkvision" televiziya mahnı müsabiqəsi 2013-cü ildən keçirilir. Müsabiqənin təşəbbüskarı və təsisçisi TMB TV kanalıdır. Müsabiqənin əsas məqsədi müasir Türk estrada musiqi sənətinin daha da tanıdılması, beynəlxalq yaradıcı əlaqələrin genişləndirilməs
ТМВ TV kanalı verilişin yayımını 24 ölkənin 40 tərəfdaş telekanalında retranslyasiya edirdi. Müsabiqənin ümumi izləyici kütləsi təxminən 300 milyon nəfər təşkil edirdi. Tatarıstan sakinləri müsabiqənin finalını "Maydan" və "TNV" kanallarında canlı izləyirdilər.
TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Daimi Şurasının keçirdiyi iclas zamanı Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olması ilə bağlı qərar qəbul edilib. Beləliklə də, gələn il "Turkvision 2015" müsabiqəsi məhz Türkmənistanda keçiriləcək.
Mərv şəhərində görüşənədək.
Böyütmək üçün şəkillərə klikləyin.





