Yeni qanunla sosial media reklamı tənzimlənir - Nələr dəyişəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda sosial mediada reklam fəaliyyəti ilə bağlı yeni qanunvericilik qəbul edilib. Artıq influenserlər və blogerlər rəqəmsal platforma təsirçiləri (RPT) üçün ciddi tələblər müəyyənləşdirilib.
Bu dəyişikliklər sosial media reklam bazarına necə təsir edəcək ?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz danışıb:
"Yeni qaydalara əsasən, blogerlər reklam paylaşımlarında açıq şəkildə "reklam" və ya "sponsorluq" etiketini göstərməli, fəaliyyətlərini VÖEN əsasında qeydiyyata almalı, istifadə etmədikləri məhsulları istifadə etmiş kimi təqdim etməməli, sifarişçi barədə məlumat verməli və lisenziya tələb olunan məhsulların reklamı zamanı müvafiq sənədləri təqdim etməlidirlər.
Azərbaycanda rəqəmsal reklam bazarında əsas pay Meta platformalarına (Instagram, Facebook) və Google-un Youtube kimi xidmətlərinə aiddir. Son zamanlar TikTok da bazardan payını artırır. Təxminən 10 milyon manatlıq rəqəmsal reklam bazarından danışılır. Əvvəllər bu məbləğ əsasən televiziyalara çatırdısa, indi rəqəmsal platformalar daha çox pay götürür.
Sosial mediada fəaliyyət göstərən blogerlər arasında aylıq 50 min manatdan çox gəlir əldə edənlər azdır. Qiymətlər bir paylaşım üçün 50 manatdan başlayır, orta hesabla 500-1500 manat arasında dəyişir, bəziləri isə 10-15 min manat da qazana bilir. Lakin çoxluq üçün bu gəlirlər çox böyük deyil".
Blogerlik sosial cəmiyyət üçün nə dəyər yaradır?
O, bildirib ki, bloger və influenserlərin cəmiyyətə təsiri təkcə reklamdan ibarət deyil. Onlar maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında da mühüm rol oynayırlar. Buna görə də, bu sahədə çalışanlara qarşı həmişə mənfi münasibət bəsləmək doğru deyil.
Yeni qaydalar bazara necə təsir göstərəcək?
Ekspertin sözlərinə görə, sosial media reklam bazarının tənzimlənməsi artıq zəruri idi. Yeni qaydalar vasitəsilə bazarın peşəkarlaşması, vergi mədəniyyətinin yüksəlməsi, istehlakçıların qorunması və şəffaflığın təminatı mümkün olacaq. Sifarişçilər üçün etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontentin keyfiyyəti artacaq və izləyicilərin sosial mediaya etimadı güclənəcək.
Bununla belə, qanunun tətbiqində sərt və balanssız addımlar kiçik biznes və yeni başlayan blogerlər üçün çətinlik yarada bilər. Sosial medianın rəngarəngliyini təmin etmək üçün yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil etməməlidir. İctimai nəzarətin nifrət zəmininə çevrilməməsi, maarifləndirmə və ictimai maraqların qorunması vacibdir.
Əks halda gənclərin bu sahəyə marağı azala, yaradıcı azadlıq məhdudlaşa və reklam sektorunda qeyri-rəsmi fəaliyyət artaraq bazarın inkişafına mənfi təsir göstərə bilər.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
XƏBƏR LENTİ
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi





