"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mayın 24-də keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının qiymətləndirilməsi prosesində ekspertlərin iştirakına dair mühüm açıqlamalar verib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, qiymətləndirmə mərhələsində minlərlə müəllim fəaliyyət göstərir və hər sual iki ekspert tərəfindən yoxlanılır. Yazılı işlər isə təxminən 20 nəfər tərəfindən qiymətləndirilir. Əgər iki müəllimin qiymətləndirməsi üst-üstə düşmürsə, iş yenidən nəzərdən keçirilir. O, bu prosesin çox mürəkkəb və çoxşaxəli olduğunu vurğulayıb.
DİM sədri həmçinin mediatur zamanı yalnız iki ekspertin iştirak etdiyini qeyd edib, digər şəxslərin isə sosial şəbəkələrdə tənqidi yazılarla məşğul olduqlarını bildirib:
"Sosial mediada paylaşım etmək ekspert statusu üçün kifayət deyil. Ekspertlərin hər şeydən əvvəl yüksək vicdanlı olmaları vacibdir. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib. Onların ali və ya orta məktəbdə nə qədər müddət dərs dedikləri, hansı elmi məqalələri yazdıqları və beynəlxalq konfranslarda iştirakları barədə aydınlıq olmalıdır".
O, xüsusilə Facebook və TikTok kimi sosial platformalarda fikir bildirməyin ekspert olmaq üçün yetərli olmadığını vurğulayıb:
"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur. Təhsil səviyyələri, bitirdikləri universitetlər və daxil olduqları ballar açıq şəkildə məlum olmalıdır. Yalnız bu zaman kimlərin həqiqətən ekspert olduğunu görə bilərik. Bəziləri sadəcə məşhurlaşmaq və müəyyən gəlir əldə etmək məqsədilə bu tip fikirlər səsləndirirlər. Lakin ictimai fikir onların təsiri ilə formalaşmır".
O əlavə edib ki, real ictimai rəy əsasən təhsil sahəsinin peşəkarları ali məktəb, orta ixtisas və ümumtəhsil müəllimləri tərəfindən yaradılır:
"İctimai fikir deyəndə mən əsasən təhsil mütəxəssislərini nəzərdə tuturam. Onlar vəziyyəti obyektiv qiymətləndirirlər".
DİM rəhbəri imtahan nəticələrinin tam şəffaf olduğunu və abituriyentlərin, valideynlərin istədikləri zaman nəticələrə baxa biləcəyini də bildirib:
"Əgər müəllimlər əvvəlcədən deyirsə ki, şagird yaxşı oxuyur, amma qiymətləndirmədə səhv var, bu, onların özlərini haqlı göstərmək cəhdidir. Əslində isə qiymətləndirmə prosesi açıq və obyektiv şəkildə aparılır".
Asya
Milli.Az
XƏBƏR LENTİ
-
Nizami rayon prokuroru vəzifədən azad olunub
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
-
Azərbaycanda elektron ticarətlə bağlı yeni qaydalar gəlir
-
Hərbi xidmətdə bu qaydanı pozanlar 500 manatadək cərimə ediləcək
-
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
-
Pensiyalar ödənildi - Rəsmi
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
-
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
-
Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
-
Zerrin Özerə daha bir ağır itki
-
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” - Mikels
-
Metroda xüsusi rejim tətbiq olunacaq
-
117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)
-
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
-
Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi
-
Röyanın gəlinləri və dostları ilə rəqsi diqqət çəkdi - (Video)
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı
-
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil
-
Qızılın qiymətində dəyişiklik - Son qiymət





