"İki nəfər bir yelləncəkdə" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uilyam Gibson müasir Amerika ədəbiyyatının üslubunu müəyyənləşdirən yazıçılardandır. O, "Hüqo", "Nebyul" və Filipp K.Dik adına mükafatlarına layiq görülüb. Gibsonun əsərləri dəfələrlə "Tony Award" mükafatının nominantı olub. Bu mükafat hər il Amerika Teatrındakı uğurlara - hər şeydən öncə isə Nyu-Yorkun Brodvey teatrında səhnələşdirilən əsərlərə görə verilir. Onun Brodvey teatrındakı debütü 1958-ci ildə "İki nəfər bir yelləncəkdə" əsəri ilə baş tutub.Məşhur amerikalı dramaturq Uilyam Gibsonun "İki nəfər bir yelləncəkdə" əsəri Bakıda səhnəyə qoyulacaq
Pyes artıq klassikaya çevrilib. 1958-ci ildə yazılan əsər indi də aktualdır və dəfələrlə səhnələşdirilib. Onu Brodvey teatrında səhnəyə qoyurlar. Ekranlaşması böyük uğura səbəb olub. Tamaşalar hələ də dünya teatrlarından çıxarılmır.
Pyes, həqiqətən də, mükəmməldir. Süjet xəttinin o qədər döngələri, mükəmməl dialoqlar və kiçik qanadlı ifadələr var ki! Əsərdə hisslərin gücü görünür. Ən əsası da orada sevgi var!
Bu əhvalat Nyu-Yorkda baş verib. Ancaq istənilən başqa böyük şəhərdə də baş verə bilərdi. "Tənhalıq sakitlik bilmir", - Jan Kokto deyirdi. Və Gibsonun qəhrəmanları - rəqqasə Gitel Moska və onun təsadüfən tanış olduğu vəkil Cerri Rayn gözlənilmədən yaxın adamlara çevrilirlər. Onları nəsə bir-birlərinə çəkir. Əvvəlcə onlar, sadəcə, tənhalıqdan qurtulmaq üçün birlikdə olurlar.
Onları evdə heç kim gözləmir. Heç biri uzun telefon zəngi gözləmir. Heç biri gecələrini yaxın insanları ilə keçirmir. Onlar bir-birlərini incitsələr də, bir-birlərindən bərk yapışırlar. Bu görüş bütün həyatlarını dəyişir.
Təsadüfi cütlük - səbatsız, yelləncəkdən asılan münasibətlər. Onlar bir-birlərinə yaşamaqda yardım etdilər, yaşamaq həvəsi yaratdılar. Bununla belə, sevgidən yan keçdilər? Bu barədə tamaşaçı düşünsün...
Tatyana Arntqolts və Qriqori Antipenkonun ifasında mükəmməl əsər. Bu, teatrsevərlər üçün bir əsərdir.
Rejissor Aleksey Kiryuşenko
Prodüser: Albert Moqinov
Aktyorlar: Tatyana Arnqolts, Qriqori Antipenko
Tamaşaya biletləri Bakının bütün kassalarından, citylife.az saytından, BAZAR STORE super marketinin Sumqayıt filialından, "28 Mall" ticarət mərkəzində yerləşən "Pak Dad" restoranından, "Bon Appetite" şirniyyat mağazalarından və 119 nömrəsindən almaq olar.
Ətraflı məlumat əldə etmək üçün 050 354 90 54 nömrəsinə zəng vurun.
Tədbirin informasiya dəstəyi Milli.Az-a məxsusdur.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.
DİGƏR XƏBƏRLƏR
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





