"İki nəfər bir yelləncəkdə" - FOTO

5 Noyabr 2014 18:01

Məşhur amerikalı dramaturq Uilyam Gibsonun "İki nəfər bir yelləncəkdə" əsəri Bakıda səhnəyə qoyulacaq

Uilyam Gibson müasir Amerika ədəbiyyatının üslubunu müəyyənləşdirən yazıçılardandır. O, "Hüqo", "Nebyul" və Filipp K.Dik adına mükafatlarına layiq görülüb. Gibsonun əsərləri dəfələrlə "Tony Award" mükafatının nominantı olub. Bu mükafat hər il Amerika Teatrındakı uğurlara - hər şeydən öncə isə Nyu-Yorkun Brodvey teatrında səhnələşdirilən əsərlərə görə verilir. Onun Brodvey teatrındakı debütü 1958-ci ildə "İki nəfər bir yelləncəkdə" əsəri ilə baş tutub.
 
Pyes artıq klassikaya çevrilib. 1958-ci ildə yazılan əsər indi də aktualdır və dəfələrlə səhnələşdirilib. Onu Brodvey teatrında səhnəyə qoyurlar. Ekranlaşması böyük uğura səbəb olub. Tamaşalar hələ də dünya teatrlarından çıxarılmır.
 
Pyes, həqiqətən də, mükəmməldir. Süjet xəttinin o qədər döngələri, mükəmməl dialoqlar və kiçik qanadlı ifadələr var ki! Əsərdə hisslərin gücü görünür. Ən əsası da orada sevgi var!
 
Bu əhvalat Nyu-Yorkda baş verib. Ancaq istənilən başqa böyük şəhərdə də baş verə bilərdi. "Tənhalıq sakitlik bilmir", - Jan Kokto deyirdi. Və Gibsonun qəhrəmanları - rəqqasə Gitel Moska və onun təsadüfən tanış olduğu vəkil Cerri Rayn gözlənilmədən yaxın adamlara çevrilirlər. Onları nəsə bir-birlərinə çəkir. Əvvəlcə onlar, sadəcə, tənhalıqdan qurtulmaq üçün birlikdə olurlar.
 
Onları evdə heç kim gözləmir. Heç biri uzun telefon zəngi gözləmir. Heç biri gecələrini yaxın insanları ilə keçirmir. Onlar bir-birlərini incitsələr də, bir-birlərindən bərk yapışırlar. Bu görüş bütün həyatlarını dəyişir.
 
Təsadüfi cütlük - səbatsız, yelləncəkdən asılan münasibətlər. Onlar bir-birlərinə yaşamaqda yardım etdilər, yaşamaq həvəsi yaratdılar. Bununla belə, sevgidən yan keçdilər? Bu barədə tamaşaçı düşünsün...
 
Tatyana Arntqolts və Qriqori Antipenkonun ifasında mükəmməl əsər. Bu, teatrsevərlər üçün bir əsərdir.
 
Rejissor Aleksey Kiryuşenko
 
Prodüser: Albert Moqinov
 
Aktyorlar: Tatyana Arnqolts, Qriqori Antipenko
 
Tamaşaya biletləri Bakının bütün kassalarından, citylife.az saytından, BAZAR STORE super marketinin Sumqayıt filialından, "28 Mall" ticarət mərkəzində yerləşən "Pak Dad" restoranından, "Bon Appetite" şirniyyat mağazalarından və 119 nömrəsindən almaq olar.
 
Ətraflı məlumat əldə etmək üçün  050 354 90 54 nömrəsinə zəng vurun.

Tədbirin informasiya dəstəyi Milli.Az-a məxsusdur.
 
Milli.Az

Böyütmək üçün şəklə klikləyin.