Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ölsəm, bağışla": "Onun Fəxrəddinə ayrı bir simpatiyası vardı" - FOTO
10 May 2014 16:35
8 Şərh
Baxış: 19 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bildirir ki, modern.az saytının "Kadraraxası" layihəsində bu həftə uzun illər keçməsinə baxmayaraq hələ də maraqla izlənilən "Ölsəm, bağışla" filmindən bəhs edilir. Filmin ərsəyə gəlməsi, ən hətta ən kiçik epizodun necə çəkildiyinə professional operator Rafiq Qəmbərovla nəzər salacağıq.
Arayış: Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə ildə Qroznı şəhərində anadan olub. 1966-1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnistitutunun kinooperatorluq fakültəsində L.B. Kosmatovun emalatxanasında təhsil alıb. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olub. Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edib. 1998-ci ildə Azərbaycanın Fotoqrafçılar Birliyini yaradıb və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik edib. Hazırda portret fotolarının çəkilməsilə daha çox məşğuldur.
"Ölsəm, bağışla" filmi 1989-cu ildə çəkilib. Film məhəbbət və ölüm haqqındadır. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını sərtləşdirir. Amma o, xasiyyətcə mülayim adamdır. Baş qəhrəman Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız onu gözləməyib başqasına ərə gedib. Nə etməli, həyat etdiyini etdi. Filmin sonunda qəhrəman ölür. Lakin onun qəlbi hər cür natəmiz fikirlərdən təmizlənir. Axı o, ölümündən bir qədər əvvəl xoşbəxtliyinə qovuşdu.
Filmin ssenari müəllifi Rüstəm İbrahimov, quruluşçu rejissoru Rasim Ocaqov, quruluşçu operatoru Rafiq Qəmbərov, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Emin Sabitoğludur. Rollarda Fəxrəddin Manafov, Gülzar Qurbanova, Sədayə Mustafayeva, Muxtar Maniyev, Nizami Musayev və başqaları çəkilib.
Ssenari gerçək həyat hekayəsidir
Rus dilində çəkilmiş "Ölsəm, bağışla" filmi yazıçı təxəyülünün məhsulu deyil. Film real həyat hadisələri əsasında çəkilib. Film sonradan Azərbaycan dilinə dublyaj edilib. Sssenarini Rüstəm İbrahimbəyovun real həyat hadisələri əsasında yazıb. Kinoda adı gedən "Xram Vozduxa" restoranı müharibə və ondan sonrakı dövrdə Kislovodskda çox məşhur yer olub. Hündür yerdə yerləşdiyindən havası çox təmiz imiş. Müharibə iştirakçısı cavan bir oğlanın kontuziya alması, müharibənin bitdiyi elan olunmamış ordudan qaçması, həbsi, atasının çörək zavodunda çalışması, ölümü, sevgi macərası hamısı real həyatda olan hadisələrdir.
Rafiq Qəmbərov: "Film əsas etibarilə Bakıda və Kislovodskda çəkilib. Filmdə Yusifin rus qadınından almaq istədiyi ev Kislovodskda real evdir. Ancaq "Xram Vozduxa" restoranında olan çəkilişlər pavilyon səhnələridir. Çünki həmin vaxt o restoran artıq fəaliyyət göstərmirdi. Yusifin sonda bıçaqlanması səhnəsi də elə Kislovodskda olan evin qarşısında çəkilib. Sadəcə oranı işıqlandırdıq ki, çəkiliş yaxşı alınsın. Filmdə qalan ev səhnələri - Yusifgilin, Vityanın ad günü ilə bağlı, Seyidrzagilin evi ilə bağlı epizodların hamısı Bakıda, kinostudiyanın pavilyonunda çəkilib. Filmdə istifadə edilən pullar mətbəədə çap olunmuş dubllar idi".
"Necə çəkildisə, elə də efirə getdi"
Filmin çəkilişəri 1988-ci ilin sentyabrında başlanıb. R Qəmbərov bildirir ki, kinostudiyada adətən filmlərin çəkilişi dekabr-yanvar aylarında başlayırdı. Lakin R.Ocaqov bütün filmlərin çəkilişini sentyabrda start verirdi. Sentyabr, oktyabr, dekabr aylarına pavilyon çəkilişlərini salırdı. O vaxtlarda heç kim çəkiliş etmirdi deyə, pavilyonlar boş olurdu.
Rafiq Qəmbərov: "Rasim Ocaqov elə bir rejissor idi ki, onun qarşısında kimsə söz deməyə çəkinirdi. Çox zəhmli idi. Əvvəlcədən hansı epizod nə qədər olacaq, necə çəkiləcək, metrajı, saniyəsinə qədər hamısını dəqiqliklə bilirdi. Onun filmində improvizasiya nüanslı ola bilərdi: Yəni özü "sözü belə demə, başqa cür de" deyə bilərdi. Rasimin işi tərəzi kimi idi. O kino istehsalını yaxşı bilirdi deyə, hər şeyə diqqət edirdi. İş də rahat, öz axarında gedirdi. Sovet dövründə bir film bir il müddətinə çəkilirdi. Film çox rahat da çəkildi. Filmdə çəkilən, lakin efirə getməyən kadr olmayıb. Çünki hər şey ssenariyə uyğun çəkilib. Necə çəkildisə, elə də efirə getdi".
"Yusif rolunu oynamaq üçün Şəki teatrının aktyoru sınaqdan keçdi"
Baş rol olan Yusif obrazına çəkilmək üçün bir neçə aktyor dəvət edilir. Onların arasında rola təsdiq üçün ilkin razılıq alanlardan biri o zaman Şəki Dövlət Dram Teatrının aktyoru mərhum Fərman Abdullayev olub.
Rafiq Qəmbərov: "Baş rol üçün bir neçə aktyor seçildi. Şəki Dövlət Dram Teatrının aktyoru olan Fərman çox göyçək oğlan idi. Onun fantastik sınaq çəkilişləri oldu. Rasimdən nə qədər xahiş etsək də, filmə həmin oğlanı çəkmədi. Çünki Rasim müəllimin Fəxrəddinə ayrı bir simpatiyası vardı. Çox istəyirdi onu. Bu səbəbdən də onu əksər filmlərində baş rola çəkirdi. Fəxrəddinin uğurları Rasimlə pik nöqtəsinə çatdı".
Yusifin anasını oynayan xalq artisti Sədayə Mustafayeva Gəncədə yaşayır. "O, böyük aktyorumuz Ələddin Abbasovun həyat yoldaşı idi. Filmə çəkiləndə artıq yaşlanmış qadın idi. Yüngülvari qrim edib, saçlarını ağartdılar".
"Fəxrəddin Manafov böyük aktyordur"
Rafiq Qəmbərov: "Yusifin kəkələməsi səhnəsi çəkiləndə Fəxrəddin heç bir çətinlik çəkmədi. Onu çəkiliş prosesində elə ustalıqla etdi ki, dublyajda da itmədi. Çox vacib bir şərt var ki, ilk növbədə gördüyün işlə yaşamalısan. Fəxrəddin də belə aktyordur. O işini o qədər sevirdi ki, onu yaradırdı. İncəsənətdə bu vacib bir faktordur. Kinematoqrafiyada bir anlayış var ki, aparatı əlinə götürəndə obyektivə fokslanmalısan. Bu da onun kimi bir şeydir. Fəxrəddin hər bir rolunda özünü o rola fokslayırdı".
"Sadə bir səhnə alınmırdı"
Rafiq Qəmbərov: "Baxanda filmdə çox sadə bir səhnə var. Yusif müayinə üçün həkimin yanına gəlir ki, ona işləmək üçün kağız versin. Rus Dram Teatrının aktrisası ilə Fəxrəddinin birgə dialoq səhnəsi heç cür alınmırdı. Rasim istədiyini ala bilmirdi Fəxrəddindən. İnandırıcı alınmırdı. Sonra Fəxrəddin Rasimin istədiyi kimi oynaya bildi".
"Rasim Ocaqov üçün "Ölsəm, bağışla" ən yaxşı idi"
Rafiq Qəmbərov: "Film çəkiləndən 20 il sonra onu təkrar izlədim. Yaranan mühitə baxanda mən sanki başqa bir aləmə düşdüm. Unutmuşdum ki, filmi mən çəkmişəm. Bir dəfə Rasim müəllimə bildirdim ki, "sizin filmlərinizin içində ən gözəli "Ad günü"dür, heyf ki, onu da mən çəkməmişəm". O mənə dedi: "Yadında qalsın, mənim sənlə çəkdiyim filmlərin arasında ən yaxşısı, ən güclüsü "Ölsəm, bağışla"dır".
"Qatardakı kupe səhnəsini pavilyonda çəkdik"
Filmin mühüm səhnələri pavilyonda çəkilib. Bu səhnələr özünün təbiiliyi ilə Moskvadakı kino işçilərini belə, heyrətə salıb.
Rafiq Qəmbərov: "Qatar səhnəsi pavilyonda çəkilib. Biz filmi yapon lentində çəkirdik. Onu aşkarlamaq üçün aparat Bakıda yox idi deyə, Moskvaya getməli oldum. Epizodlar çəkildikcə assistentlərdən biri lentləri yığıb aşkarlamaq üçün Moskvaya aparırdı. Elə oldu ki, qatar səhnəsinin lenti olan hissələrini Moskvaya özüm aparası oldum. Aşkarlama sexində 3-4 başqa operator da öz növbəsini gözləyirdi. Kadrlar aşkarlanarkən onlar bir-birinindən soruşurdular ki, "bu qatarda çəkilib?". Özləri ayırd edə bilmirdilər, məndən soruşmağa da utanırdılar. Mən bildirdim ki, səhnə pavilyonda çəkilib. İnana bilmədilər. Bizim rəssam köhnə vaqon tapıb gətirmişdi. O vaqonu söküb, kupeni pavilyonda qurmuşduq. Üstündə fırlanan dəstəyi olan iki metrəlik baraban düzəltmişdilər. Təbiət rəsmləri olan şəkli də onun üstünə yapışdırılmşdı. Onu çöl tərəfdən kupenin pəncərəinə qoymuşdular. Fırlatdıqca elə təsəvvür yaranırdı ki, qatar gedir. Kupenin sadəcə damı yox idi. Yuxarıdan işıq qurulmuşdu".
"Fəxrəddin yağış altında olan səhnəni susəpənlə çəkdik"
Filmdə güclü aktyor heyəti çəkilib. Bu fonda Yusif rolunu oynayan Fəxrəddin Manafov daha parlaq obraz kimi yadda qalıb.
Rafiq Qəmbərov: "Aktyorun böyüklüyü ondan ibarətdir ki, sözsüz səhnələrdə lazım olan fikri çatdıra bilsin. Fəxrəddin də məhz belə aktyordur. Filmdə bir epizod var: yağan yağışın altında Yusif sevdiyi qıza pəncərədən baxır. Orada onun daxili hissləri bütün üz cizgilərində əks olunur. Orada sözə ehtiyac yox idi. Bu onun aktyor məharətinin yüksəkliyindən irəli gəlirdi. Təsadüf elə gətirdi ki, yağışın suyu onun üzündə göz yaşı effekti yaratdı. Əslində Yusif orada ağlamırdı.
Süni yağış üçün yanğısöndürən maşınlardan istifadə olunub. Dünya praktikasında heç vaxt lap leysan yağış lentə alınsa, damlalar ekranda görünməyəcək. Filmdə yağış damlalarının görünməsi üçün mütləq yağışın işıqlandırılması olmalıdır. Bu səhnəni çəkmək üçün kinokamera ilə üz-üzə xüsusi qurğu qoyulur və ön planda obyektivə yaxın sutökənlə yağış effekti yaradılır. Ekranda görünüən iri damcıları bitkiləri sulamaq üçün istifadə edilən sutökənlə həyata keçirldi".
"Gulyanı 20 ildən sonra gördüm"
Filmdə Gulya rolunda çəkilmək üçün bir sıra aktrisalar sınaqdan keçirilib. Bu rola o zaman İncəsənət İnstitutunu təzə bitirmiş Gülzar Qurbanova təsdiq olunur.
Rafiq Qəmbərov: "Bir neçə aktrisa sınaqda oldu. Gülzar Qurbanova inistitutu təzəcə bitirmişdi. Bu onun ilk filmi idi. Ondan bu yana da filmlərərə, demək olar ki, çəkilmədi. 18 il sonra yeganə olaraq həyat yoldaşının "Əlavə təzyiq" filmində epizodda rol aldı. Təsadüfən 20 il sonra o xanımı gördüm. Heç dəyişməmişdi".
"Küçədəki dava səhnəsi İçərişəhədə çəkilib"
Filmdə əks olunmuş küçə davası İçərişəhərdə çəkilib. Bu səhnəni çəkmək üçün xeyli məkan seçilsə də, Rasim Ocaqov onlara razılıq verməyib.
Rafiq Qəmbərov: "Küçədəki dava İçərişəhərdə çəkilib. Yer seçimini adətən rejissor, operator və rəssam edirdi. Hazırlıq dövrü başlayanda Rasim Ocaqov göstəriş verdi ki, "siz yeri tapın, sonra mən gedim baxım". Həmin səhnə üçün çox yer tapdıq. Lakin hələ qərar verməmişdik. Bir gün üçümüz də bulavara çay içməyə getdik. Ordan qayıdanda İçərişəhərdəki qala qapısının qabağında dayandıq. Anladıq ki, axtardığımız yer buradır. Rəssam Rafiz İsmayılov çox həyəcanla yeri görən kimi qışqırdı: "Buradı...". Qəbul olundu. Rasim kimi kadrın çəkilişinə hazırlaşan ikinci bir rejissor görməmişdim".
Hallüsinasiya...
Rafiq Qəmbərov: "Fəxrəddinin yanan hərbi maşını idarə etdiyi səhnənin çəkilməsi mürəkkəb bir kadr oldu. Onu filmin sonunda çəkdik. Köhnə bir maşın tapıb həmin kadrı qurmuşduq. Həmin epizod bir neçə kamerayla 2-3 dubla çəkildi. Sonra içərisindən ən yaxşısını, ürəyimizə yatanını seçdik. Çox inandırıcı alındı".
Yusifin atasının həbs olunmuş dostu Firuzla olan dialoq yük vağzalının bir hissəsində çəkilib.
Rafiq Qəmbərov: "Həsən Məmmədov kimi hər rola uyğun başqa aktyor təsəvvür etmək çətindir. Mən onunla bir neçə filmdə işləmişəm, çox böyük aktyor idi. "Ölsəm, bağışla" filmində balaca bir epizodda qrimlə, geyimlə, özünü aparması ilə, həyatdan küsmüş, türmədə yatan, pəjmürdə bir insan tipi yaratdı. Rasimlə razılaşdırmaları oldu ki, belə etsək yaxşı olar. Rasim də onunla razılaşdı. Ümumiyyətlə, filmdə elə bir epizod yoxdur ki, inandırıcı olmasın".
"Rasim Ocaqovla qoz-qoz oynamaq olmazdı"
Rafiq Qəmbərov: "Rasim Ocaqov çox tələbkar idi. Hansısa aktyor kiməsə kapriz edə bilərdi, amma Rasimə yox. Onunla qoz-qoz oynamaq olmazdı. Çəkiliş saat 11-də olcaqdısa, mən 9-da kinostudiyaya gəlirdim. Otağa girib Rasimə salam verməyə də çəkinrdim. Çünki ssenarini stolun üstünə qoyub özü də onun "içinə girirdi". Gecə saat 3-4-də çəkiliş bitirdi. Səhər 9-da yeni iş günü başlayırdı. Nə vaxt yatırdı, necə dincəlirdi, heç kəs bilmirdi. Siqaret Rasimin ayrılmaz "dostu" idi. O işsiz qala bilmirdi. "Otel otağı" filmindən sonra ürəyinə yatan ssenari, həm də istədiyi mühit artıq yox idi. Biz bilirdik ki, təcili ona film verilməsə, öləcək. Rusca onun kimi adamlara "kino məhsulu" deyirlər. Darıxanda çıxıb "Cavid bağı"nda dincəlirdi. 50 il kinostuduyada çalışan adam üçün işsiz qalmaq ölümə bərabər oldu".
"Ə, sən araq içmirsən, siqaret çəkmirsən, bazlıq etmirsən, rədd ol burdan"
Rafiq Qəmbərov bu filmə qədər Rasim Ocaqovla birgə "İstintaq" filminin operatoru olub. Onun sözlərinə görə, R.Ocaqov çox tələbkar və işini bilən sənətkar idi.
Rafiq Qəmbərov: Rasim Ocaqov "İstintaq" filmini çəkəndə onunla salamımız vardı. Amma elə də yaxınlığımız yox idi. Bir gün mənə dedilər ki, Rasim səni çağırır. Getdim yanına. Mənə ssenarini uzadıb dedi ki, bu təzə "İstintaq" filminin ssenarisidir: "Apar oxu, sonra söhbət edərik". Otaqdan çıxanda dedi ki, "bir dəqiqə dayan. Sən araq içirsən?". Dedim "mən Moskvada 5 il yataqxanada qalmışam. Özü də Ümumittifaq Kinematoqrafiya İnistitunun yataqxanası olub. Orada yaşayıb içməmək olar?". Dedi "bəs burada?". Dedim: "Burada yox, Rasim müəllim. Mən bura ocaq kimi baxıram. Mən burada indiyə qədər içki içməmişəm".
Mənə dedi: "Ssenarini qaytar. Mən səninlə işləyə bilməyəcəm". Dedim: "Niyə, Rasim müəllim?" Dedi: "Ə, sən araq içmirsən, siqaret çəkmirsən, bazlıq etmirsən, rədd ol burdan". O bu sözləri, təbii ki, zarafatla deyirdi. Dedim: "Nə istəyirsiz məndən?".
Rasim Ocaqov: "Mən istəyən məqamda qrup bir yerə yığışacaq, çörək yeyəcəyik, filmi müzakirə edirik. Bəs o zaman bizimlə olacaqsan?". Dedim, "niyə olmuram?". Dedi: "Onda al ssenarini, gedə bilərsən". Rasim müəllim sadəcə kollektivin vahid ailə kimi işləməsinin tərəfdarı idi.
Getdim ssenarini oxudum. Səhəri gün gəlib dedim ki, "bəyənmədim". Məəttəl qaldı. Dedi: "A kişi, Rüstəm İbrahimbəyovun ssenarisi, Rasim Ocaqovun quruluşu...". Dedim "nə olsun? Xoşuma gəlmədi".
Oturdu və başladı mənə səhnələri izah etməyə. Bundan sonra çox şey mənə açıldı. Mən təsvirin "bəstəkarı" idim. Məndən nə istədiklərini bilməliydim ki, nəticə yaxşı alınsın. Rasim müəllim əla rejissor idi" .
"Ölsəm, bağışla" filmi 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin 1-ci festival müsabiqəsinin mükafatını qazanıb. 1992-ci ildə Türkmənistnda keçirilən "1-ci regional İpək Yolu" kinofestivalında ən yaxşı qadın və kişi roluna görə Gülzar Qurbanova və Fəxrəddin Manafov festivalın baş mükafatı olan "qran pri" alıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
“Fənərbağça” ilə oyuna rekord sayda bilet satıldı
-
Azərbaycanda mal əti bahalaşdı
-
Tural Məmmədov işdən çıxdı
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır
-
İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
-
Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür
-
İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir
-
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)