Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq rəssamı Tofiq Ağababayevin bədii sərgisi keçiriləcək - FOTO
20 Fevral 2014 15:10
0 Şərh
Baxış: 2 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Tofiq Ağababayevin 85 illik yubileyinə həsr olunmuş fərdi sərgi keçiriləcək. Sərgidə rəssamın rəngkarlıq, qrafika və keramika sahəsindəki fəaliyyətini əks etdirən əsərlər nümayiş olunacaq.
Milli.Az bildirir ki, Tofiq Məmmədəli oğlu Ağababayev 1928-ci il, sentyabr ayının 8-də Bakı şəhərində anadan olub. İlk rəssamlıq təhsilini 1946-1951-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində alıb, daha sonra isə Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali-sənaye Rəssamlıq Məktəbinin (indiki Baron Stiqlits adına Rəssamlıq Akademiyası) keramika-şüşə fakültəsində təhsilini davam etdirib.
Yaradıcılığının ilk illərindən özünün fərdi üslubu ilə fərqlənən rəssam, dəzgah rəngkarlığı və qrafika növlərində bir çox əsərlərlə bərabər, monumental rəngkarlıq və dekorativ tətbiqi sənət növlərində də əsərlər müəllifi kimi özünü tanıda bilib. Mənzərə, natürmort, portret janrlarında işlədiyi "Köhnə Bakı mədənləri", "Sufi Həmid", "Qırmızı şlyapa", "Abşeron kəndi", "Azərbaycan lirikası" adlı keramik triptix, "Füzulinin portreti", "Şeyx Şamil", "İzzət Orucova", "İlyas Əfəndiyev"in portretləri, "Narla natürmort" və s. əsərləri Tofiq Ağababayevin geniş yaradıcılıq imkanlarına malik istedadlı sənətkar olduğuna əyani sübutdur.
O, müxtəlif yerli və xarici ölkə sərgilərinin iştirakçısıdır. Əsərləri Azərbaycan, Rusiya və ABŞ muzeylərində, Kanada, Türkiyə, Fransa, Rusiya və digər ölkələrin nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
Tofiq Ağababayevin yaradıcılığı dövlət tərəfindən daima qiymətləndirilmiş, 1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar ali məktəb işçisi, 1992-ci ildə Azərbacan Respublikasının Əməkdar incəsənət xadimi, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı adlarına layiq görülüb. O, eyni zamanda 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
Tofiq Ağababayev öz bilik və bacarığını həvəslə gənc rəssamlar nəslinin yetişdirilməsində əsirgəmir. 1964-2000-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 2000-ci ildən isə Azəbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir, professordur.
Sərgi 20.02.2014-cü il tarixində, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında keçirilir.
Sərgi fevral ayının 28-dək davam edəcək.
Əlaqə: (+994 12) 492- 50-19 (114)
Milli.Az
Böyütmək üçün şəkilə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)