Milli.Az azvision.az-a istinadən xəbər verir ki, elə o vaxtdan aktrisa Sevil Zeynalovanı hamı "Qaraca qız" kimi tanıyır. 47 il öncə çəkilən fimlə tarixə düşən aktrisa nədənsə sonradan sənətdən uzaqlaşmaq qərarına gəlir. Bu onun çəkildiyi ilk və son kino idi. Kinodan gedişindən sonra akrtisa nədənsə hər kəsdən də uzaq olmaq istəyirdi. İndiyə kimi dəfələrlə mətbuat nümayəndələri "qaraca qız"la əlaqə saxlamağa cəhd etsə də aktrisa bundan imtina edir, danışmaq istəmirdi.
Biz də onunla əlaqə saxlamağa çalışdıq. Hal-əhval tutub, indiki fəaliyyəti ilə maraqlanmaq istədik. Akrtisa danışmaq istəməsə də onun harada çalışdığını öyrənə bildik.
Danışığından küskünlüyü hiss olunan "Qaraca qız" xeyli müddətdir ki, Mədəniyyət və İncəsənət Universitetenin Rejissorluq fakültəsində dərs deyir.
Yalnız müəllimlik fəaliyyəti ilə məşğul olduğunu deyən "uşaq obrazı" kino aləmindən tamamilə uzaqlaşdığını qeyd edib:
"İmtahan vaxtlarıdır, vaxtım yoxdur, həm də xəstələnmişəm. Müsahibə də vermək istəmirəm. Saytlarla, internetlə də maraqlanmıram, başım çıxmır. Kinodan da tamamilə uzaqlaşmışam, əlaqələrim yoxdur, sadəcə burada dərs deyirəm. Bağışlayın, dərsdəyəm, danışa bilmirəm, məni bir də narahat etməyin".
Qeyd edək ki, "Qaraca qız" filmi 1966-cı ildə çəkilib. Film yazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılıb. Filmdə Tutu (Sevil Zeynalova) adlı xeyirxah və cəsarətli yetim bir qızın faciəli taleyindən danışılır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




