Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan teatrının ulduzu Ulduz Rəfili
29 Oktyabr 2012 18:47
0 Şərh
Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlk qadın teatr rejissoru
Onun adı Azərbaycan teatr tarixinə ilk qadın teatr rejissoru kimi daxil olub. O, teatr sənətinin inkişafına böyük xidmətlər göstərmiş sənətkarlardan biridir. Ulduz xanım Rəfili... "Rəfili" onun ata soyadıdır, afişa və proqramlarda isə imzası Ulduz Rəfili Əliyeva kimi yazılıb. Ulduz Saleh qızı Rəfili 15 dekabr 1922-ci ildə Gəncədə doğulub. O, Gəncənin məşhur Rəfibəylilər nəslindəndir. 12 yaşı olanda nəsilləri sovet represiyasına məruz qalıb və o, böyük bacısı Səmayə xanımla 1934-cü ildə Bakıya köçüb.
Ulduz xanımın öz əli yazdığı avtobioqrafiyasında oxuyuruq: "Atam Saleh Əliyev hələ mən dünyaya gəlməmiş vəfat etmişdir. Anam ikinci dəfə ailə qurmuşdur. 1935-ci ildə anam rəhmətə gedəndən sonra mən müstəqil həyata atılmalı oldum. Böyük Vətən müharibəsinə qədər Moskvada yaşayan böyük bacım Səmayə Rəfilinin yanında yaşamalı oldum. 1938-ci ildə Sənaye Texnikumunu bitirdim".
Daha sonra Ulduz xanım Moskvada Dəmiryolu Nəqliyyatı üzrə Mühəndislər İnstitutuna daxil olmuş, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiya növbə rəisi və elektrik qatarında maşinist kimi çalışmışdır.
Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıtmış, burada indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. Həmin müddətdə də təhsil almaqla yanaşı, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsləhətçi və o zamankı kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərmişdir.
O, ali məktəbi bitirdikdən sonra 1951-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində fəaliyyətə başlayıb.
1972-1975-ci illərdə Gənc Tamaşaçılar Teatrının teatrın baş recissoru kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm də rus bölmələrində tamaşalar hazırlayıb, onlara quruluş verib.
Onun unudulmaz tamaşaları
U.Əliyeva 50-dən artıq tamaşaya - "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirinbala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Haldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Ötən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973), Ə.Əylisli "Mənim nəğməkar bibim" (1975) və s. maraqlı quruluşlar verib.
Ulduz xanım Rəfili Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə, rejissor sənətində qazandığı nailiyyətlərə görə 29 iyun 1964-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.
Rejissorun səhnələşdirdiyi bir çox tamaşalar ümumittifaq festivallarının qalibi olub, diplom və mükafatlara layiq görülüb. 1954-1975-ci illər ərzində sənətkarın səhnələşdirdiyi əsərlər sırasında "Qavroş" (Viktor Hüqo, 1958), "Şirinbala bal yığır" (Salam Qədirzadə, 1965), "Dovşanın ad günü" (Xanımana Əlibəyli, 1966), "Mənim nəğməkar bibim" (Əkrəm Əylisli, 1975) və s. tamaşaları göstərmək olar.
1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan Ulduz xanımın yaradıcı fəaliyyəti yüksək qiymətləndirilmiş, 1957-ci ildə SSRI Mədəniyyət Nazirliyinin (S.Mixalkovun "Sombrero" əsərinə görə), 1959-cu ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
1972-ci ildə Gənc Tamaşaçılar Teatrının müdiriyyəti tərəfindən Azərbaycan SSR Mədəniyyət Nazirliyinə sənətkar haqqında təqdim olunan xasiyyətnamədə oxuyuruq: "Ulduz Rəfili-Əliyeva Azərbaycan teatrının ilk professional qadın rejissoru olaraq 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 20 illik əmək fəaliyyəti müddətində 50-dən artıq tamaşaya quruluş verib. Onun quruluş verdiyi tamaşalar öz müasirliyi, bədii-ideya xüsusiyyətləri və yaradıcılıq mövqeyi baxımından seçilir. Bu əsərlər tamaşaçılar tərəfindən müvəffəqiyyətlə qarşılanaraq dəfələrlə mətbuatda müsbət fikirlərlə qeyd edilmişdir. O, teatrın həm Azərbaycan, həm də rus bölmələrində uğurlu tamaşalara imza atmışdır. Teatrın Bədii Şurasının üzvü kimi də səmərəli fəaliyyətini qeyd etmək vacibdir. Teatrda gənc aktyorların yetişməsində və dramaturqlarla yeni pyeslərin seçilib repertuara daxil edilməsi işində həmişə aktivdir. Bütün bunlarla yanaşı, Ulduz xanım teatrın ictimai həyatında da aktiv olmuş, böyük həvəslə mütəmadi olaraq məktəblilərlə görüşlər təşkil etmişdir".
Tələbənin ruhunu bilən pedaqoq
Ulduz Rəfili 1975-ci ilin sentyabrından isə pedaqoji fəaliyyətə başlayıb. O, uzun illər Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının professoru olub.
Musiqi Akademiyasında çalışdığı müddətdə recissor kimi S.Raxmaninovun "Aleko", P.Çaykovskinin "İolanta", F.Əmirovun "Sevil", V.A.Motsartın "Fiqaronun toyu" və s. əsərləri uğurla səhnələşdirmişdir. Ulduz xanım musiqi-vokal əsərlərinin dərin məzmununu açaraq hər bir əsərə fərdi yanaşmağı bacarırdı. O deyirdi ki, "Tələbə bu günün ruhuna uyğun tərbiyə olunmalı, zamanın tələbinə cavab verməlidir. Xalqını və dövlətini sevərək onun tarixini dərindən bilməlidir".
Ulduz xanımın həyat yoldaşı Qurban Əliyev uzun müddət Azərbaycan SSR Təhsil Nazirliyində çalışmışdır. Yeganə övladı Həsən Əliyev isə səhiyyə sistemində işləmişdir. Keşməkeşli həyat yolu və maraqlı yaradıcılıq tarixçəsi ilə yaddaşlarda yaşayan Azərbaycanın ilk qadın teatr rejissoru Ulduz Rəfili 2006-cı ildə Bakıda vəfat etmişdir.
Oktyabrın 16-da Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) Əməkdar İncəsənət Xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Tədbirdə milli teatr sənətinin formalaşmasında və inkişaf etdirilməsində Ulduz Rəfili Əliyevanın əvəzsiz xidmətlərindən, onun rejissorluq fəaliyyətindən, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışılıb. Eyni zamanda vaxtilə Ulduz Rəfili Əliyevanın Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi "Kiçik faciələr" (A.S.Puşkin) "Şirinbala bal yığır" (S.Qədirzadə), "Mənim nəğməkar bibim" (Ə.Əylisli), "Qaraca qız" (Süleyman Sani Axundov) tamaşalarından parçalar nümayiş etdirilib.
"Azadlıq" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə möhtəşəm festival keçiriləcək - İçərişəhər altı gün ərzində Argentina tanqosunun ritmlərinə qərq olacaq
-
Tanınmış musiqiçinin 7 yaşlı oğlu faciəvi şəkildə ÖLDÜ - FOTOlar
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı təntənəli bağlanış konserti ilə başa çatıb - FOTO
-
"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
-
"Düşmənə qarşı tək" adlı qısametrajlı film təqdim edildi - FOTO
XƏBƏR LENTİ
-
Gül sirkəsi: Faydaları, istifadə sahələri və diqqət edilməli məqamlar
-
Əsl kərə yağı, yoxsa bitki yağı?
-
Qulaqdakı bu xətt infarkt riskini göstərir
-
Səhərlər etdiyimiz bu səhv sağlamlığa təsir edir
-
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub - Polis insidentin qarşısını alıb - YENİLƏNİB VİDEO
-
Yayın vazkeçilməzidir, faydaları saymaqla bitmir
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO