İdman

Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi

9 İyun 2026 00:20
Baxış: 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şotlandiyada 2026-cı il dünya çempionatı ilə bağlı ilk oyun günü qeyri-iş günü elan olunub.

Milli.Az xəbər verir ki, "Sun" nəşrinin məlumatına görə, kral III Çarlz Şotlandiya millisinin Haiti ilə keçirəcəyi ilk matç gününün rəsmi istirahət günü elan olunmasına razılıq verib. 

Qərar birinci nazir Con Suinninin təşəbbüsü ilə qəbul olunub. Məqsəd azarkeşlərin matçı rahat izləməsi və növbəti gün işə adaptasiyasının asanlaşdırılmasıdır.

Qeyd edək ki, Şotlandiya 1998-ci ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsində çıxış edəcək və qrupda Haiti, Mərakeş və Braziliya ilə qarşılaşacaq. (qol.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.