İran

Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi

8 İyun 2026 23:48
Baxış: 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran Prezidenti Məsud Pezeşkian Ermənistanda keçirilən parlament seçkilərində qalib gəlməsi münasibətilə Mülki Müqavilə Partiyasının sədri, Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edib.
 

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı Pezeşkian Paşinyana məktub ünvanlayıb.

"Ermənistanda parlament seçkilərinin uğurla keçirilməsi və rəhbərlik etdiyiniz Mülki Müqavilə Partiyasının qələbəsi münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Ermənistan xalqının hökumətinizə yenidən etimad göstərməsi sülhün, inkişafın, sabitliyin və regional əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasəti davam etdirmək istəyini və səylərini sübut edir", - o, bildirib.

Pezeşkian Paşinyanın növbəti baş nazirliyi dövründə ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə və region ölkələri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın bölgəmizdə sülhün, sabitliyin və inkişafın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, 7 iyunda Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistan MSK-nın elan etdiyi ilkin nəticəyə görə, Paşinyanın Mülki Müqavilə Partiyası 48,82% səslə qalib gəlib və 105 yerlik parlamentdə 64 mandat əldə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.