İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrə Konfederasiyasının Soloturn şəhərində Azərbaycan Atçılıq Federasiyası və Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin dəstəyi, Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qarabağ atına həsr olunmuş abidənin açılış mərasimi keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, açılış mərasimində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras çıxış edərək, abidənin dərnəyə hədiyyə olunmasına görə təşəkkürünü bildirib. Bu təşəbbüsün İsveçrədə yaşayan Azərbaycan icması üçün xüsusi mənəvi və mədəni dəyər daşıdığını qeyd edib. Mərkəzin 1992-ci ildən fəaliyyət göstərdiyini söyləyən Cevzet Aras Azərbaycan dövlətinin dəstəyini hər zaman hiss etdiklərini xüsusi vurğulayıb.
Sonra ölkəmizin İsveçrədəki səfiri Fuad İsgəndərov Qarabağ atına həsr olunmuş abidənin açılışının mühüm rəmzi və mədəni əhəmiyyət daşıdığını bildirib. Səfir qeyd edib ki, Qarabağ atı Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini və milli kimliyini təcəssüm etdirən simvollardan biridir.
Səfir belə təşəbbüslərin xaricdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına, Azərbaycan mədəniyyətinin tanıdılmasına və diaspor təşkilatları arasında həmrəyliyin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini deyib. Vurğulayıb ki, bu cür abidələr gənc nəsildə Vətənə bağlılıq hissinin möhkəmlənməsində və milli kimliyin yaşadılmasında mühüm rol oynayır.
F.İsgəndərov, həmçinin Vətən müharibəsindən sonra Qarabağ atının Azərbaycanın Zəfərini, gücünü və iradəsini təcəssüm etdirən mühüm rəmzlərdən birinə çevrildiyini diqqətə çatdırıb. Səfir bu təşəbbüsün həyata keçirilməsinə dəstək verən qurumlara, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.
Tədbirdə İsveçrədə yaşayan Azərbaycan diasporunun nümayəndələri, Soloturn şəhərinin fəalları və Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşları iştirak ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Babək prospektində şadlıq sarayının qarşısında kütləvi dava - VİDEO
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
XƏBƏR LENTİ
-
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
-
Şəhər həyatını tərk etdi - FOTO
-
Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq
-
Tokayevin Paşinyana təbriki - Kremlə mesaj
-
Dünya çempionatının ilk matç tarixi qeyri-iş günü elan edildi
-
Babək prospektində şadlıq sarayının qarşısında kütləvi dava - VİDEO
-
İnternat məzunu Səbinənin təmtəraqlı toyu: Tanınmış simalar onu tək qoymadı - VİDEO
-
Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq
-
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb - FOTO
-
“Real Madrid” onun üçün150 milyon ödəyəcək - FOTO
-
Pezeşkian Paşinyanı bu sözlərlə təbrik etdi
-
Tanınmış müğənninin evinə raket qalıqları düşdü - FOTO
-
“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi
-
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
-
Vurulan gəmidə olan azərbaycanlının ailəsi danışdı: Hələ də xəbər yoxdur... - VİDEO
-
Bakının iki rayonunda işıq olmayacaq - YENİLƏNİB
-
Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO
-
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri müzakirə edildi - FOTO
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"
-
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol"
-
Zelenski Londonda kralla görüşdü
-
Sosial media və uşaqlar: Yeni qanun qaçılmazdır
-
Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama





