Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığması ilə keçirilən yoldaşlıq oyununda huşunu itirdikdən sonra ilk dəfə instaqramda açıqlama yayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Almaniyanın "Volfsburq" klubunda çıxış edən 34 yaşlı futbolçu artıq evində olduğunu və bərpa prosesinə tam diqqət yetirdiyini bildirib:
"Hər kəsə bildirmək istəyirəm ki, özümü yaxşı hiss edirəm və artıq ailəmlə birlikdə evdəyəm. Təsəvvür etdiyiniz kimi, kardioverter-defibrilyator cihazının boşalması, yəni elektrik şoku verməsi həm mənim, həm də yaxınlarım üçün ciddi bir sarsıntı oldu. Lakin hər kəsi sakitləşdirmək istəyirəm, vəziyyət 2021-ci ildə baş verənlərdən tamamilə fərqli idi. Özümü yaxşı hiss edirəm və bərpa prosesim artıq başlayıb".
Qeyd edək ki, Danimarkanın Odense şəhərində Ukraynaya qarşı keçirilən yoldaşlıq matçının 65-ci dəqiqəsində Danimarka 2:1 hesabı ilə öndə olarkən Eriksen qəfildən ürəyini tutaraq ot örtüyünün üzərinə yıxılıb. Hadisədən sonra oyun dərhal dayandırılıb və daha sonra tamamilə təxirə salınıb.
Xatırladaq ki, K. Eriksen oxşar hadisəni ilk dəfə "Avro-2020" turniri zamanı, 2021-ci ilin yayında Finlandiya ilə matçda yaşamışdı. Həmin vaxt ürəyi dayanan futbolçunun həyatını xilas etmək üçün meydanda reanimasiya tədbirləri görülmüş və daha sonra onun bədəninə daimi kardiostimulyator yerləşdirilmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"
-
Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama
-
“Qarabağ”dan Maksim Medvedevlə bağlı qərar
-
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
-
“Turan Tovuz” DÇ-2026-ya görə hər gün qacanc əldə edəcək - Məbləğ…
-
Aziz Yıldırımın ilk TRANSFERLƏRİ: 2 ulduz hücumçu "Fənərbağça"da!
XƏBƏR LENTİ
-
"Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim"
-
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol"
-
Zelenski Londonda kralla görüşdü
-
Sosial media və uşaqlar: Yeni qanun qaçılmazdır
-
Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk açıqlama
-
10 məşhurun narkotik testi müsbət çıxdı
-
Bakının bəzi ərazilərində qaz kəsiləcək - YENİLƏNİB
-
İranda bütün uçuş məhdudiyyətləri ləğv edilib
-
“Güller ve günahlar”da ayrılıq - FOTO
-
“Qarabağ”dan Maksim Medvedevlə bağlı qərar
-
İsrail İrana hücumları təxirə salıb
-
Toyları səhv salıb yarım saat pulsuz oxudu
-
Netanyahu İranla bağlı söz verdi
-
İsraildən Paşinyanın qələbəsinə reaksiya
-
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
-
Villa arzusu yarımçıq qaldı
-
Turanın axtarışları davam edir - FOTO
-
9-cu sinif şagirdindən uğurlu nəticə – FOTO
-
"Evimi satıb onlara ödədim, məni aldatdılar"
-
Filippində 7,8 bal gücündə zəlzələ: Ölənlərin sayı 32-yə çatıb - YENİLƏNİB - VİDEO
-
“Turan Tovuz” DÇ-2026-ya görə hər gün qacanc əldə edəcək - Məbləğ…
-
Sabah Şərurun bəzi ərazilərində işıq olmayacaq
-
Balaəli oğurluqda ittiham edilir
-
Panama Prezidenti Prezident İlham Əliyevi təbrik edib





