Dünyada yalnız bir dənədir - 24 saat qorunur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çili sahillərində yerləşən Robinson Kruzo adasında dünyada yalnız bir nümunəsi qalan "Dendroseris neriifolia" ağacının xilas edilməsi üçün beynəlxalq alimlər tərəfindən genişmiqyaslı əməliyyat həyata keçirilir.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, xarici mediaya istinadən verilən məlumata görə, Juan Fernandez adalarında yaşayan bu nadir növ hazırda nəsli kəsilmə təhlükəsi ilə üz-üzədir. Yaşayış mühitinin itirilməsi və invaziv növlərin təsiri nəticəsində 1980-ci illərdə sayı kəskin azalan bitkidən bu gün vəhşi təbiətdə yalnız bir ağac qalıb.
Sonuncu nümunə dik qayalıqda yerləşdiyi üçün xüsusi iplərlə qayalara bərkidilib və 24 saat nəzarət altına alınıb. Hər il mart ayında mütəxəssislər təhlükəli şəraitdə ağacdan toxum toplayaraq Böyük Britaniyadakı Minilliyin Toxum Bankına göndərirlər.
Məlumata görə, 2025-ci ildə toplanan təxminən 400 toxumdan laboratoriyada aparılan analiz nəticəsində 29 toxumun 25-i cücərmə potensialına malik olub və onlardan 8 yeni ting uğurla yetişdirilib. Bu tinglərdən bir hissəsi Edinburq Kral Botanika Bağına göndəriləcək, qalan toxumlar isə gələcək bərpa işləri üçün dondurularaq saxlanılacaq.
Alimlər bildirirlər ki, növün xilas edilməsində əsas çətinlik aşağı genetik müxtəliflik və uzunmüddətli təcrid səbəbindən toxumların bir hissəsinin yaşama qabiliyyətini itirməsidir.
Mütəxəssislərin sözlərinə görə, yaxın illər bu nadir ağacın taleyi üçün həlledici olacaq və laboratoriyada yetişdirilən tinglərin uğurla inkişaf etməsi növün tamamilə yox olmasının qarşısını ala bilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Bir həftədə zirvədən eniş: "Nvidia" rəhbərinin xəyanət etirafı və milyardlıq itkilər
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
XƏBƏR LENTİ
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi
-
Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Dezodorant sağlamlığınızı necə məhv edir – Həkimlərdən xəbərdarlıq





