Siyasət

Azərbaycan və Gürcüstan regional əməkdaşlıq məsələlərini müzakirə ediblər - FOTO

8 İyun 2026 22:49
Baxış: 338

8 iyun tarixində İstanbul şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili arasında görüş keçirilib.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluğa əsaslanan münasibətlərin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin regional və qlobal əhəmiyyətini qeyd ediblər.

Görüşdə regional təhlükəsizlik məsələləri, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının regional rifahın, enerji və nəqliyyat bağlantılarının gücləndirilməsinə töhfə verdiyini qeyd edərək, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi niyyətini ifadə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də nəzərdən keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.