Mədəniyyət

CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO

29 Aprel 2026 16:15
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"CineMastercard" kinoteatrlar şəbəkəsində kult filmin çoxdan gözlənilən davamı - "İblis Prada geyinir 2" təqdim olunur.

Sikvel tamaşaçıları yenidən moda, intriqalar və qüsursuz üslub dünyasına qaytarmaqla yanaşı, rəqəmsal dəyişikliklər dövründə karyera, uğur və şəxsi dəyərlərə yeni baxış təklif edir.

2006-cı ildə ekranlara çıxan ilk film dünya üzrə 326 milyon dollardan çox gəlir əldə edərək milyonlarla tamaşaçının diqqətini cəlb edib və öz dövrünün ən uğurlu moda dramlarından biri kimi yadda qalıb.

Filmin rejissoru yenidən orijinal ekran əsərinin müəllifi Devid Frenkeldir və bu, layihədə üslubun qorunub saxlanılmasını və tanış atmosferin davamını təmin edir.

Baş rolları yenidən Meril Strip (Miranda Pristli), Enn Hetuey (Endi Saks), Emili Blant (Emili Çarlton) və Stenli Tuççi (Naycel) canlandırıblar.

Hadisələr birinci filmdən bir neçə il sonra baş verir. Qəhrəmanlar yeni çağırışlarla üzləşirlər: moda sənayesi transformasiya mərhələsindədir, ənənəvi media rəqəmsal platformalara yer verir, rəqabət isə əvvəlkindən daha sərt hal alır. Bu dəyişikliklər fonunda personajlar prioritetlərini yenidən nəzərdən keçirməyə və yeni reallığa uyğunlaşmağa məcbur qalırlar.

"İblis Prada geyinir 2" filmi "CineMastercard" kinoteatrlar şəbəkəsində ingilis dilində (orijinal), eləcə də rus (Azərbaycan altyazıları ilə) və türk dillərində nümayiş olunacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.