Mədəniyyət

Görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur “Kənd namusu” operası təqdim olundu - FOTO

29 Aprel 2026 14:07
Baxış: 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur "Kənd namusu" operası təqdim olundu.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert proqramı təqdim olundu.

Gecədə dirijor Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (Xalq artisti baş xormeyster  Gülbacı İmanova) çıxış etdilər.

Proqram çərçivəsində görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur "Kənd namusu"("Cavalleria Rusticana") operası təqdim olundu. Solistlər - Santuzza Selcan Fermor-Hesketh, Turiddu - Xalq artisti Samir Cəfərov, Alfio - Mahir Tağızadə, Lola - Günel Əsədova, Lucia partiyasını isə Vəfa Cəfərova ifa etdilər.

Zəngin musiqi proqramı və yüksək səviyyəli ifalar dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.