Hadisə

Gömrükdə sistem DƏYİŞİR: Artıq hər kəs belə yoxlanılacaq

29 Aprel 2026 14:15
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gömrükdə köməkçi vasitələrdən istifadə etməklə şəxslərin ilkin yoxlanılması qaydalarında dəyişiklik ediləcək.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, köməkçi vasitələrdən istifadə etməklə şəxslərin və onlara məxsus baqajın ilkin yoxlanılması həyata keçiriləcək.

Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxslərin üzərində və onlara məxsus baqajda ilkin yoxlama keçirmək hüququna malikdirlər.

İlkin yoxlama xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, elektrik, elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.