Mayda soyuqlar davam edəcək, yoxsa istilər BAŞLAYIR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
May ayında havanın temperaturu tədricən yüksəlir.
Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri yaranır.
Bu ilin may ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olmasına baxmayaraq, ayrı-ayrı günlərdə intensiv yağışların yağması ehtimalı var.
Ayın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı gözlənilir. Birinci ongünlüyün ikinci yarısından etibarən isə əksər rayonlarda yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18-20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12-17°C, gündüzlər 20-25°C, bəzi günlərdə isə 27-32°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18-21 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 18-22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11-16°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı 33-62 mm) gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 14-18°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 7-12°C, gündüzlər 15-20°C, bəzi günlərdə 25-30°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (68-122 mm).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 14-18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7-12°C, gündüzlər 15-20°C, bəzi günlərdə 25-30°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir(52-103 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 18-21°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 23-28°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 30-35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (43-67 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 16-19°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11-16°C, gündüzlər 20-25°C, bəzi günlərdə 28-33°C isti, dağlarda isə gecə 3-8°C, gündüz 15-20°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər çox olacağı ehtimal olunur (26-166 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19-22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər 22-27°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 33-38°C isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 17-20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 21-26°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 29-34°C isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Həzi Aslanov" stansiyası açıldı
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olublar - (Foto)
-
Səhiyyədə ən yüksək əlavə ödəniş alanlar kimlərdir? – Qanunvericilikdəki qərar
-
Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
"Həzi Aslanov" stansiyası açıldı
-
“Ceyhun Sabunçu” qətlinə görə 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
-
Gənc kişilər arasında erkən ölüm niyə çoxalıb? - (Video)
-
Bit bazarından 3 manata aldığı çərçivə baha qiymətə çıxdı: Qızıl imiş
-
Üç bürc tələsməsə yeni həftədə pulu çox olacaq
-
“Əvvəl çox əsəbləşirdim, indi vecimə deyil” - Nüşabə Ələsgərli
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
-
Mətbəx pulu ilə işə başladı: İndi 40-dan çox qadını işlə təmin edir - (Foto)
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - (Video)
-
63 yaşlı Aydan Şenerdən estetik etirafı: İllərə meydan oxumasının sirri - (Foto)
-
Sərnişinlər uçuşdan sonra niyə xəstələnirlər?
-
Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
-
“Qalatasaray” İstanbul derbisində “Fənərbağça”ya qalib gəlib
-
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
-
Türkiyədə holdinq sahibi həbs olundu
-
Balıq bazarıda bahalaşma var - (Video)
-
Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
-
“Hörmüz tamamilə bağlıdır və nəzarətimizdədir” - Əli Abdullahi
-
Günün qoroskopu: Böyük məbləğdə nağd pul xərci proqnozlaşdırılır
-
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür
-
Mayk Tayson İstanbulda seriala çəkilir
-
Bakının bu ərazilərində ucuz mənzillər satılır - (Video)
-
Azərbaycan və UNESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub - (Foto)
-
Anasını qətlə yetirən 22 yaşlı gəncə hökm oxundu





