Görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur "Kənd namusu" operası təqdim olundu.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert proqramı təqdim olundu.
Gecədə dirijor Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (Xalq artisti baş xormeyster Gülbacı İmanova) çıxış etdilər.
Proqram çərçivəsində görkəmli italyan bəstəkarı Pietro Mascagni-nin məşhur "Kənd namusu"("Cavalleria Rusticana") operası təqdim olundu. Solistlər - Santuzza Selcan Fermor-Hesketh, Turiddu - Xalq artisti Samir Cəfərov, Alfio - Mahir Tağızadə, Lola - Günel Əsədova, Lucia partiyasını isə Vəfa Cəfərova ifa etdilər.
Zəngin musiqi proqramı və yüksək səviyyəli ifalar dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az