Martın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində "Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi" adlı sərgi açılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı və Özbəkistanın Azərbaycandaki səfirliyinin, Özbəkistan Respublikasının "Hunarmand" Assosiasiyasının dəstəyi ilə keçirilən layihə Daşkənd tikmə məktəbinin dirçəldilməsi və əsərləri böyük ənənənin müasir davamının nadir nümunəsinə çevrilmiş sənətkar Mədinə Kasımbayevayanın həsr olunub.
Sərginin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodir, özbək tikmə sənətinin tanınmış nümayəndəsi Mədinə Kasımbayeva, Özbəkistan Respublikası "Hunarmand" Assosiasiyasının sədri Rasuljon Mirzaahmedov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış ediblər. Çıxışlarda süzəni sənətinin Orta Asiya dekorativ-tətbiqi sənətində tutduğu mühüm yer, Özbəkistanın zəngin tikmə ənənələrinin qorunması və təbliğinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu sərgi Azərbaycan və Özbəkistan arasında yüksək mədəni əlaqələrin möhkəmlənməsinə, eləcə də iki xalqın ortaq sənət ənənələrinin təbliğinə öz töhfəsini verəcək.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodirin kuratorluğu ilə təşkil olunan sərgi sadəcə sənətkarlıq haqqında nəql deyil. Bu, ənənənin mədəniyyətə muzey "keçmişi" kimi deyil, bu gün tamaşaçı ilə ünsiyyət quran canlı bədii dil kimi qayıdışının hekayəsidir.
Ekspozisiyanın mərkəzi eksponatı özbək tikmə sənəti tarixində ən iri əsərlərdən biri - ölçüsü 5,30 x 8 m olan "oy-palyak" süzənisidir. Belə əsərlər hər zaman xüsusi "dünya mənzərəsi" kimi qəbul olunub; burada ornament sadəcə bəzək yox, mənalar sistemidir. Kompozisiya kainat obrazı kimi qurulur: dairəvi medalyonlar kosmik xəritəyə çevrilir, mərkəzdəki iri rozetka-medalyon isə işıq və istilik mənbəyi olan günəşi simvolizə edir.
Sənətkar ənənəvi Daşkənd "palyak" üslubuna sadiq qalaraq incə müəllif motivləri əlavə edir, lakin ilkin kanonun harmoniyasını pozmur. Ənənələrə sədaqət və fərdi üslubun vəhdətində süzəninin əsas keyfiyyəti - eyni anda həm tanınan, həm də unikal olması yaranır.
Əsərin yaradılma prosesi də xüsusi əhəmiyyət daşıyır. "Oy-palyak" Mədinə Kasımbayeva və onun 15 şagirdi tərəfindən "ustoz-şogird" (usta və şagird) ənənəsi əsasında, üç il yarım müddətində kollektiv şəkildə işlənib. Burada ənənənin mahiyyəti aydın görünür: o, əldən-ələ ötürüldükcə zəhmət, intizam və forma duyumu vasitəsilə yaşayır.
Sərgi süzəninin "pərdəarxası" yaranma mərhələlərini də açır. Ekspozisiyanı tikmənin fraqmentlərini əks etdirən 15 panno tamamlayır. Bu pannolar ornament və tikiş ritminin ideyadan gerçəyə çevrilmə prosesini izləməyə imkan yaradır (ideya müəllifi - B. Nodir).
On iki dəqiqəlik videoçarx (rejissor - Məhəmmədrəsul Yuldaşev, operator - İstedod Usmanov, prodüser - Mühiddin Əli) işin əsas mərhələlərini: sapların bitki boyaları ilə rənglənməsi, gələcək süzəni üçün naxış və kompozisiyaların hazırlanması, eləcə də qarmaqlı tikiş texnikasını nümayiş etdirir.
Sərginin xüsusi bir bədii xətti kimi "Mədinənin kainatı" animasiyası təqdim olunur (ideya müəllifi - Binafşa Nodir, rejissor - Şuxrat Kayumov). Burada süzəni motivləri sanki kaleydoskop kimi dağılır, yenidən toplanır və ornament təfəkkürünün sonsuz variasiyalarını xatırladır.
Sərgi çərçivəsində Mədinə Kasımbayevanın "yurma" tikiş texnikası üzrə ustad dərsi, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodirin özbək tikməsinin tarixi, ənənəvi xüsusiyyətləri və ornamentlərinin semantikası haqqında mühazirəsi planlaşdırılır.
"Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi" layihəsi mədəni irsdən bu günü formalaşdıran mənbə kimi bəhs edir. O göstərir ki, ənənə yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyin resursudur - bədii məzmun, gözəllik və daxili mədəniyyət qaynağı kimi gündəlik həyatı zənginləşdirən və nəsildən-nəslə ötürən canlı xəzinədir.
Sərgi 30 aprel 2026-cı il tarixinədək davam edəcək.
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi”
15 Mart 2026 18:23
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olundu – FOTO
-
Bakıda ilk dəfə olaraq Türkmənistanın əfsanəvi "Qalkınış" atçılıq şousu keçirilib - FOTO
-
“Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi”
-
“Türk dünyasının musiqi axşamı” adlı tədbir təqdim olundu - FOTO
-
Heydər Əliyev Sarayı səhnəsində dünya opera sənətinin şah əsərlərindən biri “Aida” təqdim olundu – VİDEO - FOTO
-
“Xalq rəssamı Davud Kazımovun yaradıcılığı” adlı mühazirə keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Bəzi ərazilərdə qaz olmayacaq
-
İslamofobiyanın cəmiyyətdə yeri yoxdur - Azərbaycan XİN
-
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim olundu – FOTO
-
"Kəpəz" "Turan Tovuz"la heç-heçə edib
-
İran-ABŞ-İsrail münaqişəsinin bitmə vaxtı açıqlandı
-
760 abonent qazsız qaldı
-
Mahir Emreli qol vurdu, "Kayzerslautern" qələbə qazandı
-
Bakıda ilk dəfə olaraq Türkmənistanın əfsanəvi "Qalkınış" atçılıq şousu keçirilib - FOTO
-
Rüfətin qazandığı məbləğ bəlli oldu
-
“Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi”
-
“Türk dünyasının musiqi axşamı” adlı tədbir təqdim olundu - FOTO
-
İcra başçısı müğənnini həbs etdirib?
-
Bu qadın indiyədək SSRİ pasportu ilə yaşayırmış
-
İranın hava məkanı bu tarixədək bağlı qalacaq
-
Müdafiə Nazirliyi ötən həftənin icmalını təqdim edib - VİDEO
-
İsveçrəli diplomatlar Azərbaycana təxliyə olundu
-
Heç kim Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığı poza bilməz
-
Moskvada tramvaylar toqquşdu: Yaralılar var
-
PUA bazarının 65 faizi Türkiyənin əlindədir
-
Bakıda 20 manat borc mübahisəsi qanlı bitdi - Cinayət işi
-
Bu çayı qətiyyən almayın - Boya aşkarlandı
-
İrandan daha 6 nəfər Azərbaycana təxliyə olundu
-
İmtahanda 4 nəfərdə mobil telefon aşkarlandı - YENİLƏNİB
-
Yollarda qatı duman olacaq - XƏBƏRDARLIQ





