Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniya II Bundesliqası təmsilçisi "Kayzerslautern" XXVI turda qələbə qazanıb.
Milli.Az xəbər verir ki, doğma meydanda "Karlsrue"ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.
Mahir Emreli qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.
Milli.Az





