AzərTAc xəbər verir ki, Böyük Qafqazın cənub yamaclarında, İsmayıllı rayonunda yerləşən şəhər tipli Lahıc qəsəbəsi orijinal şəhərsalma və memarlıq abidəsidir.
Orta əsrlərdə salınmış bu yaşayış məskəninin küçə və meydanlarına daş döşənmiş, kanalizasiya və su təchizatı sistemi yüksək səviyyədədir. Lahıcda təxminən 1000 il bundan əvvəl yaradılmış kanalizasiya sistemi dünyada ən qədim analoji sistemlərdən biridir. Rus carlarının əsrlər boyu başlarına qoyduğu əfsanəvi Monomax papağının məhz burada tikilməsi ehtimal edilir.
Lahıc dövlət tərəfindən qorunan tarix-memarlıq abidəsidir. Onun adı beynəlxalq "Böyük İpək yolu" turizm marşrutuna daxil edilmişdir. Buraya hər il çoxlu turist gəlir. Bazar günləri Lahıcın dar küçələrində müxtəlif dillərdə danışan adamlara rast gəlmək olar. Lahıc sakinləri qonaqları gülər üzlə qarşılayır, öz məmulatlarını həvəslə onlara göstərir, turistlərə Lahıcın tarixi barədə məlumat verirlər.
Təkcə Qafqazda deyil, onun hüdudlarından kənarda da tanınmış ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Lahıc nəfis naxışlarla bəzədilmiş soyuq silah növləri və mis əşyalar hazırlanması sahəsində xüsusi şöhrət qazanmışdır.
Lahıcdakı bütün binalar daşdan tikilmiş, küçələrə daş döşənmişdir. Bu yerlərdə tez-tez zəlzələ baş verdiyindən lahıclı bənnalar daş və taxta-şalbandan istifadə etməklə ənənəvi tikinti texnikasını inkişaf etdirmişlər. Bu texnika öz səmərəsini vermişdir - Şamaxıda baş verən zəlzələlərin nəticələri Lahıcda görünmür.
Son illərdə Lahıc memarlıq qoruğu kimi qorunur. Burada kərpicdən və müasir materiallardan istifadə edilməklə tikinti işləri aparılması qadağan edilmişdir. Buna görə də Lahıc öz əzəli görkəmini saxlayır.
Şəhər əvvəlcə mis hasilatı mərkəzi olmuşdur. Misgərlik peşəsi uzun müddət yerli sakinlərin əsas qazanc mənbəyi olmuşdur. Lakin Lahıcda xalçaçılıq da geniş inkişaf etmişdir.
Lahıcda görməli yerlər çoxdur. Onun daş döşənmiş küçələri ilə gəzə-gəzə Tarix Muzeyinə, yerli məscidə getmək, mağazalara baxmaq olar.
Dabbaqlıq Lahıcda metal emalından sonra tarixən ən çox inkişaf etmiş sənət növüdür. Lahıclı dabbaqlar müxtəlif dəri növlərindən yüksək zövq və böyük məharətlə cürbəcür məmulatlar - ayaqqabı, kəmər, dəri gödəkcələr, kitab cildləri və yəhərlər hazırlayırdılar. Kustar xarakterli yerli dabbaqlıq peşəsinin inkişafı sayəsində sərraclıq, başmaqçılıq, papaqçılıq, dəri aşılanması və digər peşələr də geniş yayılmışdır.
Hamının ehtiramla "Usta" deyə müraciət etdiyi qoca sənətkar uzun illər boyu at üçün yəhər, yüyən və başqa ləvazimatlar hazırlamışdır. Usta artıq qocalmış, gözləri nurdan düşmüşdür. Buna baxmayaraq, hər gün iş yerinə gəlir, öz emalatxanasını açır və balaca kətilin üstündə əyləşir. Birisi ona yaxınlaşıb hal-əhval tutanda Usta məmnuniyyətlə həmin adamın suallarına cavab verir, sonra onun haradan gəldiyini öyrənir, qonağın Bakıdan olduğunu biləndə paytaxtda təzə nə xəbər olduğunu soruşur.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sənətkarlar diyarı Lahıc - FOTO
6 Avqust 2012 20:07
Baxış: 6 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib - FOTO
-
Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub - FOTO
-
Xəstəxanaya yerləşdirilən xalq artistinin son vəziyyəti
-
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib - FOTO
-
“Nəsillərin dialoqu” adlı yeni layihə təqdim olundu - FOTO
-
Ilin ən möhtəşəm gözlənilən Bakı Rəqs Çempionatı keçiriləcək - FOTO
XƏBƏR LENTİ
-
“Qarabağ”la “Neftçi” belə razılaşdı
-
Çində tikanlı dinozavr qalıqları aşkar edilib - FOTO
-
Kadırovun oğlu üç həftədir yoxa çıxıb
-
Avtomobilinizə əsla plastik şüşədə su qoymayın - səbəb
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar - FOTO
-
Cəmi bir neçə dəqiqə ərzində minlərlə manat qazandırdı: Evdəki o əşyaya diqqət!
-
Daha bir ölkə uşaqlara sosial şəbəkələri qadağan etməyə hazırlaşır
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar - FOTO
-
"Qalatasaray" səfərdə "Rizespor"u məğlub etdi
-
Evinizdəki bu əşya Wi-Fi siqnallarını "udur": İnternet bu səbəbdən zəifləyir
-
İnfarkt və insult riskini artıran məhsullar açıqlanıb
-
Xalq artistinin yeni görünüşü - FOTO
-
Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq
-
Qubada səkkiz nəfər qonaqlıqda zəhərləndi
-
Nə su, nə də soda: Türk qəhvəsinin yanına əslində bunu qoymaq lazımdır
-
Əməkdar artist nəvəsi ilə - FOTO
-
Leyla “Uzak Şehir”də - FOTO
-
Britaniyadan Rusiyaya yeni qadağa
-
Turşu yeyərkən iki dəfə düşünün: Faydalıdır, yoxsa zərərli?
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
"Siz mənim səsimin qarşısında dayana bilməzsiniz"
-
Gəncədə piyadanı maşın vurdu
-
“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı
-
Bakının bu istiqamətlərində tıxac var








