Abonement konsertlər silsiləsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Nəsillərin dialoqu" adlı yeni layihə təqdim olundu.
İlk dəfə təqdim edilən bu layihənin əsas ideyası müxtəlif nəsillərə mənsub ifaçıların yaradıcılıq ünsiyyətini səhnə üzərində canlandırmaq, milli musiqi irsinin müasir interpretasiyalarını nümayiş etdirmək və ustad-şagird ənənəsinin davamlılığını musiqi dili vasitəsilə ifadə etməkdən ibarət idi.
Konsertdə ilk olaraq Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə çıxış edərək layihənin əhəmiyyətindən bəhs etmiş, bu cür təşəbbüslərin gənc ifaçıların formalaşmasında, milli musiqi düşüncəsinin qorunub inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulamışdır.
Daha sonra konsert proqramı Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, tələbəsi AMK-nın müəllimi, istedadlı tar ifaçısı İbrahim Babayev və onun tələbələrinin özünəməxsus çıxışları ilə davam etmişdir. Qeyd edək ki, İbrahim Babayevi pianoda Pərviz Məmmədov, zərb alətlərində isə Vəfadar Ramiz müşayiət edirdi.
Proqramda bəstəkar əsərləri ilə yanaşı, xalq musiqisi nümunələri, həmçinin İ.Babayevə məxsus muğam improvizasiyaları səsləndirilmişdir. Konsertin xüsusi məqamlarından biri də İ.Babayevin və tələbələrinin birgə ifa etdikləri "Colors of Azerbaijan" adlı kompozisiya olmuşdur. Bu əsərdə tar alətində təqdim olunan canlı improvizasiyalar milli musiqinin çağdaş səhnə estetikası ilə sintezinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Yüksək peşəkarlıq, nəsillərarası yaradıcılıq dialoqu və milli musiqi düşüncəsinə müasir yanaşma ruhunda keçən bu konsert proqramı dinləyicilərin gur alqışları ilə qarşılanaraq böyük maraq və rəğbətlə yekunlaşdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
“Nəsillərin dialoqu” adlı yeni layihə təqdim olundu - FOTO
4 Fevral 2026 22:10
Baxış: 1 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə Paqanini gecəsi keçiriləcək - VIDEO
-
Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO
-
Qastrol proqramı çərçivəsində Gəncədə simfonik orkestrin konserti keçirilib - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” keçiriləcək
-
Əfsanəvi Elnur Məmmədov öldü - FOTOlar
-
“Elə vəziyyətdəyəm ki, onun qəbrini də ziyarət edə bilmirəm” - “Dəli Kür”ün Mələyi
XƏBƏR LENTİ
-
54 kiloqrama yaxın narkotik aşkarlandı
-
Dəniz kənarında kütləvi quş ölümü - SƏBƏB NƏDİR?
-
Prezident İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
-
İranda diqqətçəkən DƏYİŞİKLİK - Pezeşkiandan mühüm qərar
-
İran-ABŞ gərginliyi Dubay brendinə hansı zərbəni vurdu?
-
Varlanmaq üçün nə etməliyik? - AÇIQLANDI
-
Moped sahiblərinə yeni QAYDA - 26 martdan
-
Dünya bazarında Azərbaycan nefti 2,3 dollar düşdü
-
Bəzi bölgələrdə yağış və duman davam edir - FAKTİKİ HAVA
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
Qara dənizdə təhlükəli anlar: 140 min tonluq tanker vuruldu
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu





