Mədəniyyət

Circus Sea Breeze Yeni İl mövsümünü möhtəşəm Çin Sirki və bir sıra bayram kampaniyaları ilə açır

2 Dekabr 2025 15:11
Baxış: 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Circus Sea Breeze bu qış mövsümündə tamaşaçılara tamamilə yeni formatda hazırlanmış Çin Sirkinin "Santa və Qızıl Əjdaha" adlı möhtəşəm Yeni İl proqramını təqdim edir. Bu xüsusi şou qədim Çin sirk məktəbinin ənənələrini müasir səhnə texnologiyaları, effektli vizuallar və bayram ab-havası ilə birləşdirir.

Premyera 13 dekabrda baş tutacaq və tamaşalar 11 yanvar tarixinə qədər davam edəcək.

Ziyarətçiləri hava akrobatları, balans ustaları, rəngarəng obrazlar, yüksək səviyyəli səhnə quruluşu və bütün ailə üçün nəzərdə tutulmuş möhtəşəm Yeni İl atmosferi gözləyir.

Xüsusi Yeni İl kampaniyası: seçilmiş tarixlərdə bütün biletlər 15 AZN!

Yeni proqramın açılışı münasibətilə Circus Sea Breeze məhdud müddətli kampaniya elan edir. Aşağıdakı tarixlərdə bütün sessiyalar üzrə bütün biletlərin qiyməti cəmi 15 AZN olacaq:

13, 14, 20, 21, 29, 30 dekabr, 5 və 6 yanvar

Bu kampaniyanın məqsədi Yeni İl ərəfəsində daha çox ailəyə yüksək səviyyəli bayram proqramını əlçatan qiymətlərlə təqdim etməkdir.

Məktəblilər və müəllimlər üçün Yeni İl kampaniyası

Qış mövsümü çərçivəsində Circus Sea Breeze təhsil müəssisələri üçün xüsusi sosial təşəbbüs təqdim edir:

• 20 və daha çox şagirddən ibarət qruplara xüsusi endirim
• Bütün müəllimlər üçün giriş tamamilə PULSUZDUR

Bu sosial təşəbbüs uşaqları incəsənətə bir addım daha yaxınlaşdırmağı, məktəblərdə bayram əhval-ruhiyyəsini gücləndirməyi və müəllimlərin zəhmətinə dəyər verməyi hədəfləyir.

Bu xüsusi Yeni İl proqramı - Çin sirk mədəniyyətinin ənənələri ilə müasir rejissor həllərinin sintezidir. Parlaq səhnə elementləri, dinamik nömrələr və qış nağılını xatırladan obrazlar şounu hər yaşdan tamaşaçı üçün unudulmaz edir. Proqram qış mövsümünün ən çox gözlənilən şoularından biri olmağa namizəddir.

Tamaşaçıların rahatlığı üçün "Koroğlu" metrosundan Circus Sea Breeze-ə və geri xüsusi avtobus xidməti təşkil olunacaq.

Biletləri şəhərin bütün kassalarından və https://iticket.az/ru/events/circus/chinese-circus-santa-and-the-golden-dragon saytından əldə etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.