Mədəniyyət

Yadigar Muradovdan xəbər var

13 Oktyabr 2025 12:04
Baxış: 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhətində xeyli irəliləyiş var.

Milli.Az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında teatrın direktor müavini Azad Məmmədov deyib. 

O, Yadigar Muradovun özünə gəldiyini bildirib:

"Əvvəlki günlərlə müqayisədə çox yaxşıdır. Özünə gəlib, danışır. Həkimlərin rəyi də müsbətdir. Ancaq hələ reanimasiyadadır. Yanına isə ancaq ailə üzvləri buraxılır. Müalicəsi davam edir".

Qeyd edək ki, bir neçə gün öncə Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti kəskin pisləşib. Aktyor Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.