Beynəlxalq Muğam Mərkəzində görkəmli kamança ifaçısı Arif Əsədullayevin yubileyi qeyd edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində görkəmli kamança ifaçısı, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin 75 illik yubileyi qeyd edilib.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə yubilyarı təbik edərək həyatının 50 ildən çoxunu sənətə həsr edən ifaçının yaradıcılığından, pedaqoji fəaliyyətindən və Əsədullayevlər ailəsinin Azərbaycan musiqi mədəniyyətində önəmli yer tutmasından söz açıb. Bildirib ki, yubilyar ömrünü kamança sənətini öyrənməyə həsr edən, onun təbliğində böyük işlər görən bir sənətkar olaraq sevilir. Azərbaycan instrumental muğamlarını nota salan ilk ustad kamança ifaçısı və muğam bilicisi kimi milli musiqi xəzinəmizə gözəl ərməğan bəxş edib. Həyat fəaliyyətini kamança sənətinin təbliğinə və pedaqoji fəaliyyətə sərf etməklə ifaçılıq sahəsində də özünəməxsus yer qazanan sənətkar həm solo, həm də müşayiət ifalarında milli ifaçılıq xüsusiyyətlərini əks etdirir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasında (müəllim, baş müəllim, dosent) professor vəzifəsində çalışmaqla təcrübəli pedaqoq kimi ərsəyə gətirdiyi elmi metodiki vasitələr muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi dəyişikliklərə məruz qalmadan çatdırılmasında əvəzsiz elmi mənbədir.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında Arif Əsədullayevi təbrik edərək onun musiqi sahəsindəki xidmətlərindən söz açıb. Yubilyara milli musiqişünaslığımızın inkişafı yolunda yorulmaz fəaliyyətində uğurlar arzulayıb.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadənin aparıcılığı ilə keçən gecədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, professor Abbasqulu Nəcəfzadə çıxışlarında Arif Əsədullayevin elmi və pedaqoji fəaliyyətindən, zəngin ifaçılıq təcrübəsindən danışıblar. Yubilyara təbriklərini ünvanlayıblar.
Diqqətə çatdırılıb ki, Arif Əsədullayevin nota aldığı muğamlar müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin arxalana biləcəyi çox lazımlı tədris vəsaitidir. Bu baxımdan "Kərəmi zərbli muğam"ının ifa prinsiplərini, texniki xüsusiyyətlərini mükəmməl bilən A.Əsədullayein hazırladığı not nümunəsi də təqdirəlayiqdir.
Arif Əsədullayev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.
Tədbir çərçivəsində yubilyara Təhsil İşçiləri Həmkarlar Təşkilatı tərəfindən elm və təhsil sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim edilib.
Gecə Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova yubilyarın ömür-gün yoldaşı, Xalq artisti Şəfiqə Eyvazova, qızı- kamança ifaçısı Mehri Əsədullayeva, BMM-nin solistləri Əməkdar artist Arzu Əliyeva, xanəndələr Nisbət Sədrayeva və Murad Laçının ifaları ilə davam edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO
-
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
Arif Babayevin qəbrinə yazılmış söz aranı qatdı – Gerçək BİLİNDİ - FOTO
XƏBƏR LENTİ
-
"İstəyirsən, adını de, medal verim sənə, söy məni"
-
Ağcaqanadlar niyə məhz sizi dişləyir? Səbəbi "maqnit" təsiri ola bilər
-
Duşda sabun, yoxsa gel istifadə edilməlidir? Mütəxəssislər açıqladı
-
Saralmış paltarlar yenidən ağapaq olacaq - təbii çarə
-
Evi həftədə neçə dəfə təmizləmək lazımdır
-
Vazelinin bilmədiyimiz FAYDALARI
-
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
-
Restoranda hürüb, bıçaqla gəzib
-
Atmağa tələsməyin: İstifadə olunmuş tualet kağızı rulonları xəzinə imiş
-
Böyük Britaniyanın ilk milyarder idmançısı oldu
-
Mələkxanımın qızından övladı ilə bağlı qadağa - “Pul üçün...”
-
Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş
-
"Sevdiyim sensin"in aktrisası bu seriala çəkilir - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələləri günün əsas mövzusudur
-
“Eşref Rüya” final edir
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO





