"İstəyirsən, adını de, medal verim sənə, söy məni"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sevgi, hörmət, bunlardan da əvvəl məntiq olmalıdır. Gənclər daha çox müstəqil olmaq istəyirlər. Yaşayışlarını qurmaq, kirayədə qalmaq istəmirlər. Bu da zaman tələb edir. Buna görə də cavanlar evlənmək istəmir. Çoxu karyera dalınca qaçır ki, maddiyyatını düzəltsin, sonra evlənsin".
Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Künc-bucaq" layihəsində deyib. İfaçı ailələrin tez dağılmasının səbəbini belə açıqlayıb:
"Azadlıq. Belə bir atalar sözü var, "Söz götürənindir, ev oturanın". Dözürdülər. Əvvəl oğlan səsini qaldırmazdı ki, evdəkilərdən qızın ailəsindən ayıbdır. İnsanın utanan sifəti olurdu. Qızda da eynən. Əvvəllər çəkinəcəkləri çox şey var idi. İlk iki il hamıda problem olur. O müddətə dözə bilmirlər. Ona görə ailələr tez dağılır. Qız başqa ailədən gəlib, oğlan da başqa ailədən. Amma birdən birləşsinlər və hər şey yaxşı olsun, belə olmur. Romantik sevgi bitir və reallıq başlayır".
N.Ələsgərli sosial mediada ünvanına yazılan mənfi rəylərə də münasibət bildirib:
"Əvvəllər neqativ şərhlərə əsəbiləşirdim. İndi vecimə deyil. Zatən mənimlə maraqlanmasa, onu narahat etməsəm, paxıllığımı çəkməsə, barmağına əziyyət verib mənə şərh yazar? Sənin işin-gücün yoxdur? Mən niyə yazmıram? Gəl, medal verim ki, al, təbrik edirəm.
Belə şərhləri yazanların profilində ad da olmur. Çünki onun cəsarəti yoxdur ki, öz adı ilə nəsə yazsın. İstəsəm, iki vur ikidir, bu dəqiqə taparam ki, o kimdir. Amma nəyimə lazımdır? Heç belə adama vaxt ayıraram? Əgər istəyirsən, adını de, medal verim sənə, söy məni. Bunu etməyə sizi kim məcbur edir axı? Girmə, izləmə, baxma. Belə şeylərə önəm vermək lazım deyil. Atın qara siyahıya". (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər





