Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzində "Nadir muğam ifaçıları" layihəsi çərçivəsində muğam sənətinin dərin bilicisi və sevilən xanəndə, Xalq artisti Hacıbaba Hüseynovun 105 illiyinə həsr olunan gecə təqdim edildi.
Tədbirdə çıxış edən BMM-nin direktoru, Əməkdar artist Sahib Paşazadə mərkəzdə mütəmadi olaraq ustad xanəndələrin, muğam ifaçılarının xatirəsinə həsr olunan tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Hacıbaba Hüseynovun Azərbaycan muğam və qəzəl sənətinə verdiyi əvəzsiz töhfələrdən söz açdı. Bildirdi ki, Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır. Hacıbaba Hüseynov xalq yaracılığına da böyük diqqət vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə etmişdir, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytararaq, bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaratmışdır.
Gecədə çıxış edən Əməkdar incəsənət xadimi , xanəndə Aqil Məlikov, Əməkdar artist Mirnazim Əsədullayev Hacıbaba Hüseynovla bağlı xatirələrini bölüşdülər, unudulmaz sənətkarın muğam sənətimizdə öz dəst-xətti olduğunu vurğuladılar. Bildirildi ki, xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycanın muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Çıxışlar zamanı həmçinin Hacıbaba Hüseynovun muğam sənətimizdə pedaqoji fəaliyyəti ilə bağlı fikirlər söylənildi, sənətkarın təsnif və qəzəl yaradıcılığının özünəməxsusluğu qeyd olundu.
Xalq artisti Teyyub Aslanov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov, xanəndə Elbrus Niftəliyevin Hacıbaba Hüseynov repertuarından rəngarəng ifaları tədbir iştirakçılarının könlünü oxşadı. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə BMM- nin solistlərindən ibarət insrtumental heyət , Əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə "Xarıbülbül" muğam qrupu və Əməkdar artist Emil Əfrasiyab müşayiət edirdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Musiqi eyni dildə danışanda: Azərbaycan və Özbəkistan Gəncə səhnəsində görüşdü - (Foto)
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub (Foto)
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Pentaqonun gizli sənədlərində yadplanetlilərə dair sübutlar ola bilər
-
Hava dəyişdi: Dağlıq rayonlarda leysan, Bakıda güclü külək
-
Rubio Kubanı 700-dən çox siyasi məhbusu azad etməyə çağırdı
-
Kiyevdə partlayışdan sonra metro stansiyası fəaliyyətini dayandırdı
-
Odessada həlak olan gəmi kapitanı dəfn edildi
-
Peruda 5,6 bal gücündə zəlzələ baş verib
-
Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri
-
DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək
-
Venesuelada zəlzələ qurbanlarının sayı 5 mini keçdi
-
ABŞ İranın hərbi obyektlərini vurdu
-
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
-
Xocavənddə açıq ərazidə yanğın başladı
-
Çexiyada məktəblərdə mobil telefonlar qadağan olunur
-
Şimali Afrika klassikası: Mərakeş üsulu limonlu və zeytunlu toyuq "Tajin"i
-
Gənc qadınla görüntülənən 75 yaşlı Məhəmməd Cangörən müxbirə əsəbiləşdi
-
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur
-
Ən faydalı üzüm növü
-
Tünd şokolad ürəyə necə təsir edir?
-
Gecələr niyə tərləyirik? - 5 əsas səbəb
-
Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
-
Uzaq Şərq küçələrinin ulduzu: Tayland üsulu "Pad Kra Pao" resepti
-
Övladı Xoşqədəmi sevindirdi (Foto)
-
Səyyahlar kütləvi şəkildə çemodanlarına tualet kağızı qoymağa başlayıblar
-
İsti havada rahat yatmağın 8 elmi yolu





