Dünya

Çexiyada məktəblərdə mobil telefonlar qadağan olunur

19 İyul 2026 09:05
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çexiyada məktəblərdə mobil telefonların istifadəsini qadağan edəcək qanun layihəsi hazırlanır.

Çexiya mətbuatının məlumatına görə, Baş nazir Andrey Babiş və təhsil naziri Robert Plaqanın hazırladığı qanun layihəsi qəbul edilərsə, bağçalarda, ibtidai və orta məktəblərdə, eləcə də çoxillik liseylərdə mobil telefon və digər elektron rabitə vasitələrindən istifadəyə qadağa tətbiq olunacaq.

Məlumata əsasən, qadağa təkcə dərs saatlarını deyil, həmçinin tənəffüsləri və dərsdənkənar fəaliyyətləri də əhatə edəcək.

Bununla belə, Uşaq Hüquqları üzrə Ombudsman Martin Beneş təşəbbüsə etiraz edib. O bildirib ki, məktəblər mobil telefonlardan istifadə qaydalarını öz daxili nizamnamələri çərçivəsində tənzimləmək səlahiyyətinə malikdir və əlavə qanuna ehtiyac yoxdur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.