Cəmiyyət

Kiyevdə raket hücumu: Azərbaycanın səfirliyinə ziyan dəydi

19 İyul 2026 11:50
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Kiyevə endirdiyi növbəti raket zərbələri zamanı Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.

Məlumata görə, səfirlikdən təxminən 200-250 metr məsafədə, "Lukyanovka" metro stansiyasının yaxınlığına raket düşüb. Partlayışın təsiri nəticəsində səfirlik binasının şüşələri sınıb, tavanda isə çatlar əmələ gəlib.

Hadisə zamanı səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi dövründə Kiyevə edilən hava hücumları zamanı Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə zərər görüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.