Doğum tarixi - 27 fevral 1807-ci il, Men ştatı, Portlend şəhəri, dünyasını dəyişdiyi il - 24 mart 1882-ci il, Massasuset ştatı, Kembric şəhəri.
İlk şeirlərini İrvinq Vaşinqtonun təsiri altında yazmışdır.
Amerikaya köç etmiş ilk fransızların taleyindən bəhs edən, 1847-ci ildə qələmə aldığı "Yevangeline" pastoral poeması (çoban həyatını idilliya şəklində təsvir edən bədii əsər) dillər əzbəri olmuş, hər bir amerikalı ailəsinin stolüstü kitabına çevrilmişdir.
Qızımın doktorluq dissertasiyasından tanış olduğum bu şairin lirik və epik əsərləri qarışıq, bulanıq maddi təlatümlər içində yolunu sapmış sükansız gəmiyə bənzəyən indiki dünyamızın boğanaq havasında ruhuma bir sərinlik, ciyərlərimə təmiz hava gətirdi, ruhumda xoş bir ovqat oyatdı və məndə tükənməz bir inam var ki, Sözlə, - "Ol!" - sözüylə dupduru yaranmış bu bulanıq dünya Sözlə də bir də yenidən durulacaq!
Bir gəncin ürəyi Zəbur müəllifinə (Davud peyğəmbərə) nə dedi.
Qəm-qüssəli sətirlərlə
Demə - "həyat boş yuxudu!"
Solğun bənizli kimidi...
Çünki yatan canlı ruh da
Elə bir ölü kimidi.
Həyatın ali məqsədi
Onunçün gizli kimidi!
***
Həyat xəyal deyil axı,
Dolu həqiqətdir həyat.
Fədakarlıq, qəhrəmanlıq,
Həm də, şücaətdir həyat.
Qəbr evi onun məqsədi
nə də ki, amalı deyil.
Qəbr evinin sirrlərindən
Heç ruhlar da halı deyil.
"Torpaqdan yaranıb, torpağa
qayıt" - söyləyən,
uca Tanrı bu sözləri
Ruha aid eyləməmiş.
***
Həyatın mənası nə həzz, nə kədər...
Bizləri bu gündən sabaha səslər
İlhamdan, inamdan yoğurar bizi,
Daha uzaqlara çağırar bizi.
Tələs, bir anını itirmə, belə
Yol uzun, zamansa quştək uçandır.
Bir an gümanın itirmə belə,
Düşünmə, ömrünün sonu haçandır.
Ürəklər nə qədər cəsur da olsa,
Ölümə qarşıdı, başqa şey deyil
Döyüntüsü sakit, səssiz təbildi,
Bir dəfn marşıdı, başqa şey deyil.
***
Bəlkə də yetib zamanı,
Öyrən, alış, yavaş-yavaş.
Dünya bir döyüş meydanı
Savaş bu dünyayla, savaş!
Qorxmaz, cəsur bir insan ol!
Döyüşlərdə qəhrəman ol!
***
Göz yaşı axıtma olub-keçənə,
Günün, güzəranın xoş olsa belə
Şirin xəyallara qapılma, yenə
Daş bənd də yıxılar bir qəfil selə.
Yalnız bu gün üçün çalış sən, yaşa.
Sabah atdığın ox çıxsa da boşa...
***
Qəlbinlə, varlığınla
Uca Tanrıya bağlan
Tanrıya əmanət ol!
Uca Tanrının nuru
Köksünə dolsun sənin
Dahilərin keçdiyi,
Həyat yolu örnəyin,
Məqsədin olsun sənin!
Hər şeyi anlayarsan
Onları dərk edəndə
Keçdiymiz yollarda
Nəyinsə izi qalsın
Həyatı tərk edənə,
Bu dünyadan köçəndə
Əcəl suyu içəndə
Zaman qumsallığnda
Elə bir iz qoyaq ki,
Yolunu azmışları
Bəlkə düz yola çəksin
Çarəsizlər, çaşqınlar
O izlərdən zövq alıb
İnamla addımlasın.
Hər nə olursa, olsun
Heç nəyə yıxılmayaq
Ayaq üstə qalaq biz,
Düz amallı olaq biz.
Sabahları izləyək
Gözəl günlər gələcək...
O günlərin yolunu
Biz səbrlə gözləyək!
Ox və nəğmə
Mən haraya ox atdım
Bilmədim hara düşdü
Elə tez uçub getdi,
Bir anda gözdən itdi...
Donub qaldım yerimdə,
Gün beləcə ötüşdü
Atdığım ox,
bilmədim hara düşdü
içimdəki nəğməni
azadlığa buraxdım.
Quş kimi süzən nəğməm
Hara uçdu, bilmədim
Bir sükuta qonub qaldı.
Uzaqlarda donub qaldı.
Ən iti göz neyləsin
axı neçə
bir nəğmənin uçuşunu izləsin
Vaxt keçdi, zaman ötdü
bir palıd ağacında
atdığım oxu tapdım,
sınmamışdı...
Nəğməmisə dostumun
isti qəlbində tapdım
donmamışdı...
Yağışlı gün
Gün soyuq,
hər şey qəmgin,
hava qaranlıq
hava ağır
göz işlədikcə toranlıq...
yağış yağır.
Əsməkdən doymur külək,
külək yorulmur
Hava durulmur ki, durulmur.
Nazik tənək saplaqları
ovsunlanmış elə bil
Çırpılır, yapışır divarlara
Ağacların beli bükülür
külək əsdikcə,
divarlardan
ölü yarpaqlar tökülür...
Yağış yağır...
Günsə qaranlıq, qəmgin
Mənim həyatım da beləcə...
Yağış yağır ömrümə
Küləksə əsməyində
Ovsunlanmış keçmişə qayıdır
fikrim, düşüncələrim
acı xatirələr bıçaq tək
içimi kəsir,
küləksə, dayanmadan əsir
Hər tufan qopanda,
rüzgar əsəndə
gəncliyimin
bel bağladığı
umudlar qırılır, tükənir
günlərimsə
qaranlıq, qəmgin
Sakit ol, kədərli ürək,
özünü al ələ,
çırpınma belə
Sənin də taleyin
hamınınki kimidi
Buludların arxasında
hər zaman günəş parlayır
Qış da olsa,
yaz də olsa
Hər bir ömrə yağış yağmalıdı
bir az da olsa
Ömür hər şeylə
zəngin olmalıdı
Bəzi günlər işıqlı,
bəzi günlərsə
qaranlıq və
qəmgin olmalıdı.
Çevirdi: Zakir Fəxri
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gecə oxusu: Henri Lonqfellonun şeirləri
15 İyul 2012 00:30
0 Şərh
Baxış: 668

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın əməkdar memarı vəfat etdi
-
Gülnaz İsmayılovanın və onun tələbələrinin opera sənəti bayramında Azərbaycan irsi – VİDEO - FOTO
-
Fidan Qafarov vəfat etdi
-
Azərbaycanın unudulmaz simalarının arxiv FOTOları
-
Türk dünyasının paleti: Alanyada keçirilən ikinci beynəlxalq simpozium - FOTO
-
“Spokoynoy noçi, malışi”nin aktrisası vəfat etdi
XƏBƏR LENTİ
-
Bakıda avtobus "Range Rover"lə toqquşdu
-
Sabiq müşavirin oğlu vəfat etdi - FOTO
-
Avropa zülmətə qərq oldu - "Simpsonlar"ın “28 fevral” proqnozu gerçəkləşdi? - FOTOlar
-
Qızıl və gümüş ucuzlaşıb
-
Mourinyo "Fənərbağça"dan GEDİR: bu yığmanı çalışdırcaq - İddia
-
Rubl ucuzlaşdı, avro bahalaşdı - dolların qiyməti isə... - RƏSMİ
-
"Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım"
-
Tabutda canlanan insanlar: Ölümün sərhədindəki hadisələr
-
Qumral: Mən Aysundan öndəyəm
-
Bu kəndin suyundan içən həkim olur - "Hər evdə ən az biri var"
-
Aparıcılar qohum imiş
-
Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz
-
Yumurtaları qaynatmazdan əvvəl yumaq lazımdır?
-
Azərbaycanın əməkdar memarı vəfat etdi
-
Valideynlərin bu ifadələri uşaqları daha çox incidir
-
Bu meyvə şirəsində zərərli maddə tapıldı - Marketlərdən yığışdırılır
-
Bu bürclərin aprelin sonuna qədər istədikləri olacaq
-
Çia toxumlarındakı ölümcül təhlükə - XƏBƏRDARLIQ
-
Pınarla Kaan oğulları ilə - FOTO
-
14 gün şəkər yeməsəz, bədəninizdə nə baş verir?
-
Soğanı bu formada saxlasanız, gec xarab olacaq
-
"O evdən qurtulmaq üçün ərə getdim"
-
Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi - VİDEO
-
Bakıda ofisant xanıma görə dava düşdü - Qısqanclığa görə...