“Qayınanam məni gəlin kimi qəbul etmir” – Qumral
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Təranə Qumralın qızı Qumral qayınanası ilə danışmadığını açıqlayıb.
Milli.Az xəbər verir ki, Qumral qayınanasının ona qarşı münasibətinin səbəbini bilmir:
"Qayınanam mənimlə danışmır. Gəliş-gedişimiz yoxdur, arada soyuqluq var. Səbəbini bilmirəm, ona görə ismarış göndərmişəm, demişəm ki, öpürəm sizi. Niyə məni heç vaxt istəmədiniz? Nəvələrini də illərdir görmür. Dəqiq desəm, 2-3 il olar. Ola bilər ki, səbəb mənəm. Natiqlə danışanda bizə salam göndərir. Lakin çox həssas insanam. Hər kəsin məni nə qədər çox istədiyini yaxşı hiss edirəm. Heç vaxt məni gəlin kimi qəbul edib, sevməyib. Adət-ənənə ilə elçi gəlib, mənə toy ediblər. Qayınanamın bir gəlini var, o da mənəm. Qarşısına çay da qoymuşam, yemək də bişirmişəm. Heç vaxt ondan "qızım", "gəlinim" sözünü eşitməmişəm. Mən də səbəbini axtarmışam, evimdə də söz-söhbət olub.
İnsan deyib ki, "mən beləyəm". Məcburiyyət yoxdur. Məcbur sevgi necə ola bilər? Mən kasıb oğlana ərə getmişəm, hər şeyi qəbul edib getmişəm. Ailəmdə bir əlim yağda, bir əlim balda olmuşam. Anam məni şahzadə kimi böyüdüb, heç yumurta qırmaq bilməmişəm. Kasıb oğlanı da özüm seçib, sevib ailə qurmuşam. Üç otaqlı həyət evinə gəlin köçmüşəm, həmin evi kirayə vermişik. Biz başqa evdə qalırıq, onu anam bağışlayıb. Öz böyüdüyüm evdir.
Hamı deyir ki, qayınanan müğənni olmağını istəməyib bəlkə... Deyirəm, o vaxt oxumurdum, universitetdə təhsil alırdım. O, məni əzəldən istəməyib. Bilmirsiniz kim nə həyat yaşayır, mən heç vaxt qudurğan gəlin, qız olmamışam. Natiqin böyüyü mənim böyüyümdür, başım üstə yeri var. Mən çox addım atmışam. Ona o qədər səslənmişəm ki... Amma hər şey eyni davam edir. Onun əllərindən öpürəm ki, mənə Natiq kimi oğul vermisiniz. Siz məni istəməsəniz də, qayınanamı da, baldızımı da çox istəmişəm. Əgər layiq olsa, ayağını da yuyaram, Amma mənə belə aqressiya ilə yanaşsa yox... İndi qızlar deyirlər ki, qayınana ilə yaşamaram. Lakin mən yaşamışam. Məndə nömrəsi də yoxdur, danışmadığım adamın nömrəsi niyə olsun? Mən nə qədər edim, soyuqluq varsa...". (Bizim.Media)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Xumar Qədimovanın müzakirə yaradan Videosu
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
XƏBƏR LENTİ
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Bakıda oğlunu öldürən qadın özünü binadan atdı
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror





