Sağlam qida

Bu meyvə şirəsində zərərli maddə tapıldı - Marketlərdən yığışdırılır

29 Aprel 2025 06:06
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur meyvə suyu şirkəti məhsullarını geri çağırır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, "S. Martinelli & Company" alma şirəsi məhsullarında toksin riski aşkar edildiyi üçün 7234 qutu məhsulunu geri çağırıb.

Kaliforniya ştatında istehsal edilən şüşə qablaşdırılmış alma şirəsində "patulin" adlı toksinin olması ehtimalı səbəbindən bu addım atılıb.

ABŞ Qida və Dərman İdarəsi (FDA) bu geri çağırmanı "II sinif geri çağırma" olaraq qiymətləndirib.

Məhsulların UPC kodu 0 41244 04102 2 və son istifadə tarixi 5 dekabr 2026-dır.

İstehlakçılara bu məhsulları istifadə etməmələri, məhv etmələri və ya geri vermələri tövsiyə edilib. Toksin yüksək miqdarda alındıqda sağlamlıq üçün təhlükə yarada bilər.

Qeyd edək ki, Patulin meyvələrdə, xüsusilə alma və armudda, kifl və digər göbələklərin istehsal etdiyi zəhərli maddədir. Bu toksin meyvələr çürüdükdə və ya zədələndikdə yaranır. Patulin yüksək miqdarda qəbul edildikdə insan sağlamlığına zərər verə bilər, o cümlədən baş ağrısı, qusma, qaraciyər zədələnməsi və digər sağlamlıq problemlərinə yol aça bilər. Bu səbəbdən, qida məhsullarında patulinin miqdarı ciddi şəkildə nəzarət olunur.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.