14 gün şəkər yeməsəz, bədəninizdə nə baş verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yalnız iki həftə ərzində əlavə şəkəri həyatınızdan çıxardığınızda, həm bədəninizdə, həm də zehninizdə gözlə görünən dəyişikliklər başlayır. Enerjidən dərinin sağlamlığına, iştahdan zehni aydınlığa qədər bir çox sahədə fərq yaradan bu qısa detoks, sərt pəhrizlərə girmədən bədəni büsbütün yeniləyir.
Bəs, 14 gün şəkər istehlak etmədikdə nə baş verir?
Milli.Az xəbər verir ki, ABŞ mərkəzli sağlamlıq mütəxəssisi Dr. Eric Berg, yalnız iki həftə ərzində əlavə şəkəri həyatımızdan çıxarmağın bədəndə ciddi və gözlə görünən dəyişikliklərə səbəb ola biləcəyini bildirir. Üstəlik bu, bir cəza kimi sərt bir pəhrizə girmək deyil; bədənə qısa bir "sıfırlama" fasiləsi vermək anlamına gəlir.
Dr. Bergə görə, şəkər detoksunun faydalarını görmək üçün aylarla gözləməyə ehtiyac yoxdur. Yalnız 14 gün şəkərsiz bir həyat tərzi belə, enerji səviyyəsindən dəri sağlamlığına qədər bir çox sahədə müsbət təsirlər yarada bilir. Üstəlik bu proses yalnız şirniyyatı kəsməklə məhdudlaşmır. Səhər yeməyi taxıllarından meyvə şirələrinə, souslardan peçenyelərə qədər bir çox işlənmiş qidanın içində gizlənən əlavə şəkərlər də bu qısa detoks dövründə tamamilə həyatımızdan çıxarılır.
Bəs, yalnız iki həftəlik şəkərsiz həyat bədəndə nələri dəyişdirir?
1. Şəkər istəyi səssizcə azalır
Şəkər, dopamin səviyyəsini artıraraq qısa müddətli xoşbəxtlik hissi yaratsa da, bu vəziyyət asılılığa çevrilə bilir. Lakin şəkərdən imtina etdikdən təxminən iki həftə sonra beyin yenidən tarazlığa qovuşur. Dopamin reseptorları sıfırlanır və bu sayədə ani istəyin qarşısı alınır. Artıq beyniniz şəkər üçün siqnal göndərmir.
2. Balanslı iştah
Şəkər istehlakı insulin səviyyəsini yüksəldərək bədənin yağ depolamasına və daha tez-tez acmasına səbəb olur. Şəkərdən uzaqlaşdıqca insulin səviyyələri normala dönür və bədən depolanan yağı enerji qaynağı kimi istifadə etməyə başlayır. Nəticə? Daha uzun müddət tox qalmaq hissi.
3. Daimi enerji səviyyəsi
Şəkər sürətli enerji verir, lakin eyni sürətlə tükənməyə səbəb olur. Şəkər detoksu sayəsində bədən enerjisini yağdan almağa başlayır; bu da daha davamlı və təbii bir enerji mənbəyi deməkdir. Günorta saatlarında yaşanan yorğunluqlar tarixə qarışır.
4. Kalori saymadan çəki itirmə
Dr. Bergə görə, şəkər bədəndə su tutulmasına səbəb olur. Əlavə şəkər kəsildikdə, ilk dəyişikliklərdən biri şişkinliyin azalması olur. Ardınca bədən yağ yandırmağa başlayır. Xüsusilə bel ətrafında gözlə görünən incəlmə müşahidə edilir.
5. Dəri yenilənir
Şəkər, dəridə iltihablanmaya səbəb olaraq matlıq, quruluq və qırışlara zəmin hazırlayır. Şəkərdən imtina edildikdə isə dəri özünü bərpa etməyə başlayır. İkinci həftənin sonunda bir çox insan daha parlaq, daha hamar və sağlam dəriyə sahib olduğunu bildirir.
6. Zehin açıqlığı
"Şəkər dumanı" olaraq da bilinən zehni bulanıqlıq, qeyri-stabil qan şəkəri ilə əlaqəlidir. Şəkərsiz həyat, beynin keton adlanan daha stabil bir enerji mənbəyinə keçməsini təmin edir. Bu da daha aydın düşünmək, inkişaf etmiş yaddaş və daha sabit ruh halı deməkdir.
7. Daha az şişkinlik
Şəkər, xroniki iltihabı qidalandırır. İki həftəlik detoks müddətində qanda iltihab göstəriciləri azalmağa başlayır. Baş ağrıları, oynaq ağrıları, hətta dəridəki qıcıqlanmalar belə yüngülləşir. Bədən, daxili bir rahatlama hissi əldə edir. (Musavat.com)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bütün binaları qəhvə çöküntüsü ilə suvayacaqlar
-
Bu gün 3 bürc üçün nəhayət qara buludlar dağılır
-
"Diri-diri basdırıldıqda..." - İllər sonra açıqladı - FOTO
-
Acqarına idman etmək OLAR? – Mütəxəssis xəbərdarlıq edir
-
Gündəlik stress ölüm riskini 5 dəfə artırır - gece
-
İnsanlar niyə yuxuda danışır?
-
Döşəmə piltələri tarixə qovuşur: 2 mm-lik örtüklə yer qırılmadan yenilənəcək
-
PSJ Çempionlar Liqasının finalına yüksəlib
-
“Qardaşım özünü fəda edib” - Asif həkimin qardaşı - VİDEO
-
“Uşaq bizə gətiriləndə çox baxımsız halda idi, hətta geyimlərini polis əməkdaşları...”
-
Nəvai sürücülük hüququndan məhrum edilə bilər
-
Xorxe Xesusdan 3 il sonra gələn şok "Fənərbağça" etirafı
-
Tramp: İran nüvə silahı ilə bağlı razılığa gəlib
-
Yağı hopdurmadan yumurtalı çörək necə hazırlanır?
-
Saç ağarmasının əsas səbəbi açıqlandı - stres və qidalanma deyilmiş
-
Günün qoroskopu: həyatın dərin qatlarını analiz edirsiniz
-
Bibər nə üçün acıdır?
-
Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları
-
Xalq artistinin nəvəsinin məclisindən VİDEO
-
6 ildən sonra konsert verəcək - 40 dəqiqəyə bütün biletlər satıldı
-
Daşkəsənə qar yağdı - VİDEO
-
Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik - XİN
-
Hamamda xlorlu su istifadə edənlərə xəbərdarlıq - Kafelin "evini yıxır"
-
Nikola Sarkozi azadlığa çıxdı





