Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını mənimsəmək istədilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılan araşdırma zamanı Şövkət Ələkbərovanın ifasında videolentə alınmış "Töhfə" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)", "Getmə amandır" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.", "Yavaş-yavaş" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)" və "Bayram şamları" mahnısının "Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)" adı ilə erməni musiqi nümunəsi kimi Youtube-nin "BehrooZ Abshar" səhifəsində yerləşdirildiyi müəyyən edilib.
Bu barədə Milli.Az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, "Töhfə" mahnısının musiqisi Firəngiz Babayevaya, sözləri Baba Vəziroğluna məxsusdur. Mahnı 1980-ci il 30 may tarixində Adil Bağırovun rəhbərliyi və "Xatirə" Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 14 saniyədir. 3226-S kod nömrəsi ilə AzTV-nin "Qızıl Fondu"nda saxlanılır:
"Bəstəkar Hacı Xanməmmədovun musiqi bəstələdiyi "Getmə amandır" mahnısının sözləri Aşıq Ələsgərə məxsusdur. Müğənni bu mahnını 1971-ci il 13 dekabr tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə aldırmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 19 saniyədir. 41986 kod nömrəsi ilə AzTV-nin "Qızıl Fondu"nda saxlanılır.
Musiqisi Nazil Qəmərlinskiyə və sözləri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus olan "Yavaş-yavaş" mahnısı Ş.Ələkbərovanın ifasında 1986-cı il 1 iyul tarixində Adil Bağırovun rəhbərliyi və "Xatirə" Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə alınmışdır. Mahnının səslənmə müddəti (xronometraj) 6 dəqiqə 48 saniyədir. AzTV-nin "Qızıl Fondu"nda 6693-S kod nömrəsi altında saxlanılır.
"Bayram şamları" mahnısının musiqisi Cahangir Cahangirova, sözləri Şıxəli Qurbanova məxsusdur. Mahnı 1968-ci il 8 fevral tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 24 saniyədir. 38485 kod nömrəsi ilə AzTV-nin "Qızıl Fondu"nda saxlanılır".
"Müğənni Ş.Ələkbərovanın "Youtube"da əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən "Mikpro" MMC həyata keçirir. "Mikpro" MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan yuxarıda qeyd edilən 4 video "Youtube"un "BehrooZ Abshar" səhifəsindən silinib. Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması "Youtube" rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Baku International Arts Festival yenidən Bakıda keçiriləcək: teatr, musiqi, rəqs və müasir incəsənət bir arada - (Foto)
-
Mexikoda Azərbaycan mədəniyyəti təbliğ olunur: Səfir Seymur Fətəliyev və deputat Korina Vilyeqas San-Lasaroda sərgi açdılar
-
Bakının nəbzi cazla döyündü! - 21-ci Baku Jazz Festival İçərişəhərin qəlbində möhtəşəm musiqi bayramı ilə başa çatdı - (Foto)
-
Görkəmli sənətkar Rafael Dadaşovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib - (Foto)
-
Dünya ulduzları Bakıda keçiriləcək möhtəşəm beynəlxalq tədbir – Azerbaijan Dance Festival haqqında - (Video/Foto)
XƏBƏR LENTİ
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
-
Tezliklə acı həqiqəti öyrənəcək 4 bürc
-
Yumurtanı rahat soymağın sirri
-
Messi özünə lüks yaxta sifariş etdi
-
“Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
-
Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
-
Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"
-
Ev alarkən mənzilin altından kollektorun keçib-keçmədiyini necə bilmək olar? - (Video)
-
Zelenski İlon Maska müraciət etdi
-
Vinisiusun cəzası bəlli oldu
-
"Liverpul" 9 qolluq matçda qalib gəldi
-
Günün qoroskopu: Planlaşdırmağı dayandırın və işə başlayın
-
Murat Bozun da olduğu studiya suya qərq oldu - (Video)
-
Osimhenin hamilə sevgilisi qəzaya düşdü - (Foto)
-
“Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!”– B.Yıldırımla müsahibə
-
Sumqayıtda bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan (Video)
-
"Oğluma iliyimi verdim, amma onu xilas edə bilmədim" - Ebru Şallı
-
Bakıda “The World of Adrenaline” adlı yeni beynəlxalq sirk proqramı başlayır
-
Qəhvəyi mərmər böcəkləri Zaqatalanı bürüyüb - (Video)
-
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - (Foto/Video)
-
İstanbulda avtobusu su basdı - Sərnişin dama çıxdı - (Video)
-
Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi - (Foto)
-
İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi
-
Bakıda məktəb mühafizəçisinə hücum edilib, başı yarılıb





