Mədəniyyət

Fidan Hacıyeva Vokal musiqi məktəbinin nəzdindəki Opera teatrı ATU-da ilk konserti ilə çıxış edib - FOTO

25 Oktyabr 2024 16:03
Baxış: 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fidan Hacıyeva Vokal musiqi məktəbinin nəzdindəki Opera teatrı Azərbaycan Tibb Universitetində (ATU) ilk konserti ilə çıxış edib. Gecə Ümumdünya Opera gününə - oktyabrın 25-nə həsr olunmuşdu. ATU-nun professor - müəllim heyətinə və universitetin tələbələrinə Azərbaycan və dünya klassiklərinin-Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Müslüm Maqomayev, Coakinno Rossini, Jorj Bize, Cüzeppe Verdi və başqalarının əsərləri təqdim olunub.

İstedadlı solistlər Emin İsmayılov, Orxan Cabbarov, Asim Muradov, Altun Süleymanov, Rauf Məmmədzadə və Anar Həmidli çıxış ediblər. Fidan Hacıyeva solo və gənc istedadlarla duetdə bir sıra kompozisiyalar təqdim edib. Konsert tamaşaçıların alqışları altında keçirilib.

Gecədə Azərbaycan Xalq Artisti Fidan Hacıyevanın uzun illər ərzində klassik incəsənəti təbliğ etdiyi, bütün dünyada - İtaliya, Yaponiya, Almaniya, Böyük Britaniya, İsveçrə, Türkiyə, İspaniya, Ukrayna, Rusiya, Belarus, Albaniya və s.uğurla çıxış etdiyi bildirilib. 2019-cu ildə F. Hacıyeva Azərbaycan tarixində ilk qadın MEZZO kamera orkestrini yaradıb və bu il ölkədə ilk dəfə olaraq Beynəlxalq Opera Festivalını təşkil edib və keçirib. Opera Teatrının yaradılması gənclərin opera sənəti sahəsində inkişafına yönəldilmiş, istedadlı tələbələrə, universitet və məktəb məzunlarına yaradıcılıqlarını geniş ictimaiyyətə göstərmək imkanı vermək məqsədi daşıyır. Belə axşamlar ölkənin digər ali məktəblərində də keçiriləcəkdir. Sonda ATU-nun rektoru, tibb elmləri doktoru, tanınmış aktyor, Xalq Artisti Ağasədiq Gəraybəylinin nəvəsi, professor Gəray Gəraybəyli F. Hacıyevaya möhtəşəm axşam keçirdiyinə və Opera Teatrının gənc istedadlarına heyranlığına görə minnətdarlığını bildirib. Qeyd edək ki, dünya opera Günü şərəfinə müğənni həmçinin stilist-vizajist Səbinə İmanova və rəssam-dizayner Ceyhun Camalovun üzərində işlədiyi fotosessiyanı təqdim edib.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.