Ölkə

BDYP-dən hərəkət iştirakçılarına ÇAĞIRIŞ

25 Oktyabr 2024 17:58
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həftəsonu ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi, dağlıq ərazilərdə qar yağması gözlənilir.

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.

"Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, sürücülərdən sürət həddini minimuma endirməyi, hərəkət zamanı ara məsafəsini normadan artıq saxlamağı, küləkli günlərdə avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmağı xahiş edir.

Həftəsonuna təsadüf edən qeyri-sabit hava şəraitinin səfərə hazırlaşan sürücülər üçün əlavə çətinliklər yaradacağını vurğulamaqla yanaşı, piyadaları da yollarda diqqətli olmağa çağırırıq", - qurumdan bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.