İdman

Azərbaycan gimnastları Gimnaziadada finalda - FOTO

25 Oktyabr 2024 20:02
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada iştirak edən Azərbaycan gimnastları finala vəsiqə qazanıblar.

Milli.Az xəbər verir ki, aerobika gimnastikası üzrə yarışda iştirak edən təmsilçilərimizdən Sara Əlixanlı və Məryəm Topçubaşova fərdi olaraq həlledici mərhələyə yüksəliblər.

Üçlük proqramında Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova uğuru çıxışları ilə yadda qalıblar.

Qrup hərəkətlərində isə Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya finala adlayıblar.

Qeyd edək ki, Gimnaziadada gimnastika yarışları oktyabrın 26-da başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.