Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin nəzdində Opera Teatrının açılışı olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin nəzdində Opera Teatrının açılışı olub.
Tədbir Milli Musiqi Gününə həsr olunmuş. Gecənin açılışında tanınmış teleaparıcı Saleh Bağırov qeyd edib ki, Milli Musiqi Günü tarixə görkəmli bəstəkar, musiqişünas, pedaqoq, publisist, dramaturq, Azərbaycan peşəkar musiqi sənətinin banisi, SSRİ Xalq Artisti Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Bu ilin aprel ayında bir həftə ərzində müxtəlif səhnə meydançalarında keçirilən uğurlu Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı və onun 2025-ci ildə davamından bəhs edilib.
Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın müəllimi Fidan Hacıyeva qeyd edib ki, Opera Teatrının açılışı gənclərin opera sənəti sahəsində inkişafına yönəlib, istedadlı tələbələrə, ali məktəb və məktəb məzunlarına öz yaradıcılığını geniş ictimaiyyətə nümayiş etdirməyə imkan yaratmaq məqsədi daşıyır. Layihə çərçivəsində yeni operalar yazılacaq, müxtəlif proqramlar icra ediləcək, Azərbaycanda ilk dəfə uşaq opera əsərləri və balet tamaşaları yaradılacaq, ölkənin müxtəlif səhnə meydançalarında və ali məktəblərində çıxışlar olacaq. Bir çox yeniliklər Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalında təqdim olunacaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, bəstəkar Könül Hüseynova, şəhid, pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, "Yenilməz Azərbaycan"adlı yeni vətənpərvərlik operasının yaradılmasından danışıb. Musiqiçi və prodüser Asif Kərimov gənclər arasında yaradıcılıq sənətinin inkişafı ilə bağlı fikirlərini bölüşüb. Qonaqlara Xalq artisti Fidan Hacıyeva, Əməkdar artist Fərid Əliyev, MEZZO qadın Kamera Orkestri, solistlər Emin İsmayılov, Rauf Məmmədzadə, Cavid Ələkbərli və gənc istedadların iştirakı ilə Üzeyir Hacıbəylinin əsərləri konsert proqramında təqdim olunub.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
XƏBƏR LENTİ
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb





