“Bizim Cəbiş müəllim”in qızı: “Ermənilər atamgili teatra salıb yandırmaq istəyiblər, türklər qapını açıb” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Atam zəngin və tanınmış tacirin oğlu olub. Ailədə 3 uşaq - iki qardaş, bir bacı imişlər. Onların Qız qalasının yanında 3 mərtəbəli evi olub. Həmin ev indi də durur. Balaca olanda atam həmişə əlimdən tutub ora aparardı, deyirdi, uşaqlığı orada keçib. Onların hətta nökərləri də olub".
Milli.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında "Bizim Cəbiş müəllim" filmində "Cəbiş müəllim" obrazını yaradan - Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib.
O bildirib ki, babasının "tarqovı" adlanan ərazidə dükanları olub. Lakin 1918-ci ilin mart soyqırımı zamanı ermənilər Bakıya hücum edib evlərini dağıdıblar.
"Ermənilər nənəmi təpiklə döyüblər. Təsəvvür edin, digər Bakı əhli ilə birlikdə nənəmi, atamı, əmimi və bibimi Dövlət Akademik Opera və Balet Teatrına salıb, qapılarını bağlayıblar. Orada onları yandırmaq istəyirmişlər. Atam deyirdi ki, ağlamaq, qışqırıq səsindən qulaq tutularmış. O zaman onun 5 yaşı olub. Amma hər şey yaddaşında qalıb.
Sonradan Bakıya daxil olan türk ordusu atamgili ölümdən xilas edib.
Sovet hökuməti qurulandan sonra isə babamın bütün mülkini əlindən alıblar və atamgili çölə atıblar. Gəncliyində atam, əmim və bibim çox əziyyət çəkiblər. Süleyman bəy sənədlərini tibb sahəsinə veribmiş. Lakin imkansızlıqdan yarımçıq buraxıb, gedib işləyib.
Bir dəfə küçədə gedərkən rəhmətlik aktyorumuz Əliağa Ağayevə rast gəlib. Onlar uşaqlıqdan dost idilər. Pioner düşərgəsində bir yerdə olmuşdular.
Atam ona imkansızlıqdan institutu buraxdığını deyib. Əliağa əmi ona teatrda işləməyi təklif edib. Əliağa əmi onu teatra aparıb, istedadını yoxlayıblar və bəyəniblər, beləliklə, müsabiqədən keçib. O vaxtdan taleyi teatrla bağlı olub".
Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakıda anadan olub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.
Tamaşaçıların "Bizim Cəbiş müəllim" filmindən yaxşı tanıdığı Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılır. Belə ki, aktyor bu sənət ocağında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. 83 yaşında da səhnədə canlı, dinamik və təravətli görünüb. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.
Xalq artisti Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu





