“Salam” BYFF-ın üçüncü buraxılışı başa çatıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Narimanfilm" kinostudiyasının təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və "PASHA Holding" Şirkətinin baş sponsorluğu ilə 2024-cü il avqustun 26-29 tarixlərində keçirilən "Salam" BYFF-ın üçüncü buraxılışı başa çatmışdır. 26 avqustda Açılış Mərasimində Festivalın Art Direktoru Leyla Dostəlizadə, bu il festivala ev sahibliyi edən Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini, Festivalın Partnyoru Azərbaycan Respublikası Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, qonaqlardan İstambulda Universal Kids Film Festivalının təsisçisi Rovena Martinez Tuzcuoğlu və ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringerin çıxışlarından sonra "Salam" BYFF-nın təsisçisi Nəriman Məmmədov Festivalı açıq elan etmişdir.
Festivalda 13 ölkədən 600-ə yaxın yeniyetmə jüri qismində iştirak etmişdir. Yeniyetmələr bu dörd gün ərzində konkurs proqramında müxtəlif ölkələrin istehsalı olan və son 2 ildə dünya festivallarında mükafatlar qazanan filmləri seyr edərək səsvermə vasitəsilə qalibləri müəyyən etmiş, Yunanıstan rejissoru Maria Douzanın "Kino necə yaranır" ustad dərsini və Belçikalı ssenarist və prodüser İv Ringerin "Prodüserin fəaliyyəti haqqında" ustad dərsini dinləmiş, Aenaon SCE və Port Festivalın prezidenti, Olimpiya festivalında "Zizanio Nyus"-un koordinatoru İro Riga(Yunanıstan)-nın "Backstage documentary" seminarında iştirak etmiş və Salam Festivalın artıq ənənəvi seminarı olan və bu il "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan Kinomarafon seminarında mentorlar - Qurban Bünyadov, Eldar İsmayılov, Orxan Ağazadə, Leylaxanım Qənbərova və Mehdi Abidovun köməkliyi ilə "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda kiçik videoroliklər çəkmişlər. Həmçinin, Festivalın "Retrospektiva" proqramında rejissor İlqar Nəcəfin "Buta" (2005) bədii filminin nümayişindən sonra uşaqlar filmdə rol almış aktyorlarla: AR Xalq Artisti, "Şöhrət" ordenli Rafiq Əzimov, AR Əməkdar Artisti Elnur Kərimov və aktrisa Arzu Əzimova ilə görüşmək və onlara suallar vermək imkanı almışlar.
"Salam" BYFF-nın üçüncü buraxılışı günlərində nümayiş olunan filmlərin iştirakçılar tərəfindən müzakirə olunması, dəvət olunmuş rejissor və aktyorlarla görüşlər, ekskursiya və əyləncəli proqramlar, eləcə də, interaktiv seminarların keçirilməsi və Kinomarafon zamanı qısa video çarxların çəkilib böyük ekranda nümayiş etdirilməsi qonaqlarda və iştirakçılarda çox xoş təəssüratlar yaratmışdır. Bağlanış mərasimində Art Direktor Leyla Dostəlizadə bütün sponsorlara, könüllülərə, qonaqlara və Kinomarafon mentorlarına təşəkkür bildirmiş, festivalın Proqram Direktoru Nərgiz Bağırzadə yeniyetmə-jürilərin səsverməsi nəticəsində müəyyən olunan qalibləri elan etmiş, Nəriman Məmmədov isə mükafatları qaliblərə təqdim etmişdir. Beləliklə, "Ən yaxşı bədii film" mükafatına "Listen" (Yunanıstan, 2022, rej. Maria Douza) bədii filmi, "Jürinin xüsusi mükafatı"na "Alfons Jitterbit - class trip chaos!" (Almaniya, 2022, rej. Mark Schlichter) bədii filmi layiq görülmüşdür. "Retrospektiva" proqramında olan "Birds of passage" (Belçika, Fransa, 2015, rej. Oliver Ringer) bədii filminə isə "Salam" BYFF-nın təşkilatçıları tərəfindən təsis olunmuş "Festivalın xüsusi mükafatı" təqdim olunmuşdur.
Qeyd etməliyik ki, "Salam" BYFF - nın əsas məqsədi Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, Vətənimizin və digər ölkələrin mədəniyyətlərinin təbliği, gənclərin ümumdünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunması, həmçinin, festivalda keyfiyyətli, professional bədii filmlərin nümayişi sayəsində yeniyetmələrdə yüksək bədii zövqün inkişaf etdirilməsinə zəmin yaradılmasıdır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov daha iki nəfəri vəzifəsindən azad etdi - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)





