Mədəniyyət

İnarə Babayeva ilk dəfə Azərbaycanda ifa olunmayan əsərləri təqdim etdi - VİDEO - FOTO

22 İyun 2024 14:03
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli İncəsənət Muzeyində Azərbaycanın Əməkdar artisti İnarə Babayevanın solo konserti baş tutdu.

Giriş sözü ilə çıxış edən İ.Babayeva qeyd etdi ki, proqramda yer alan ingilis bəstəkarlarının əsərləri Azərbaycanda ilk dəfə ifa olunacaq. "Musiqi dinləmə vaxtıdır" adlı konsert proqramında   Əməkdar artistlər Zülfiyyə Sadıqova (fortepiano), Əyyub Əliyev (violonçel) və Nurlan Gəncilinin (qoboy) müşayiəti ilə  bir-birindən gözəl əsərləri təqdim etdilər. Gecədə Azərbaycanın  tanınmış mədəniyyət xadimləri iştirak etdilər. Sonda İ.Babayeva layihənin gerçəkləşməsində İncəsənət muzeyinin rəhbərliyinə dərin təşəkkürünü bildirərək,  bu kimi konsert proqramlarının yeni mövsümdə də təqdim ediləcəyini qeyd etdi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.