Ölkə

İsmayılı döyüblər, o da silah götürüb, qayıdıb... - Yeni detallar

27 İyun 2024 22:30
Baxış: 4 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 26-da Bakıda həmkəndlisi İsmayıl Allahverdiyev tərəfindən güllələnən 24 yaşlı Tural Kosayev doğulduğu Qazaxın Daş Salahlı kəndində dəfn edilib.

Milli.Az Baku TV-yə istinadla xəbər verir ki, mərhumun atası Kamil Kosayev oğlunu qətlə yetirən İsmayıl Allahverdiyevi tanımadığını, onunla heç bir problemlərinin olmadığını söyləyib.

"Kaş ki, ayağından vurardı, balam yaşayardı. Bəlkə, ayağı kəsilərdi, gələrdi, gözümün qabağında olardı. Yaşayardı, nəfəsi gələrdi. Kaş o torpağa mən girərdim", - mərhumun atası deyib.

İsmayıl Allahverdiyevin Daş Salahlıdakı qonşuları isə ailənin Bakıya yollandığını bildiriblər:

"Deyilənə görə, ikisi də eyni qızı istəyirmiş. İsmayılı döyüblər. O da "burada durun, gəlirəm" deyib. Silahı götürüb gəlib, oğlanı vurub".

Qeyd edək ki, hadisə ötən gün "Metro Park" ticarət mərkəzinin önündə baş verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.