Hadisə

Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş

30 İyun 2024 11:25
Baxış: 2 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Qax rayonunda 3 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada dünyasını dəyişən 3 nəfər Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanovun ailə üzvləridir.

Belə ki, "Ford" markalı avtomobillə toqquşan "VAZ-21015"də dünyasını dəyişənlər - sürücü 35 yaşlı Həbib Qurbanov onun oğlu, 62 yaşlı Gülnarə Qurbanova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Qurbanova isə gəlini olub.

Avtomobildə olan R.Qurbanovun digər gəlini və 4 nəvəsi isə xəsarət alıb. Vəfat edən Gülnarə Qurbanova həm də kənd məktəbinin rus dili müəllimi imiş.

Onlar bu gün Cəfərabad kəndinin məzarlığında dəfn ediliblər.

Bildirilir ki, ailə üzvləri Balakəndəki qohumlarını ziyarət edib Şəkiyə qayıdarkən qəzaya düşüblər. Hadisə vaxtı "Ford" markalı avtomobilin sürücüsü və sərnişini də xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.